Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Oqtay Əsədov: "Biz müharibə aparmamışıq..."
Tarix: 15-04-2016 | Saat: 12:57
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Oqtay Əsədov: "Biz müharibə aparmamışıq..."

Biz müharibə aparmamışıq, Ermənistan tərəfinin təxribatına cavab vermişik.

Trend xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov bu gün keçirilən plenar iclasda deyib.

O.Əsədov deyib ki, əgər Azərbaycan müharibə aparsaydı, bir həftə sonra müharibə hara gedib çıxacaqdı, hamı onu yaxşı bilir:

"Ona görə Azərbaycan ilk dəfə birtərəfli atəşkəs elan etdi. Azərbaycan həmişə münaqişənin sülh yolu ilə həll edilməsinin tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun hərbçiləri göstərdilər ki, biz bu məsələni hər cür həll etmək iqtidarındayıq və bu da o 5 günlük toqquşma zamanı özünü göstərdi".

Spiker əlavə edib ki, bu, Ermənistanı sülhə məcbur etmək üçün ən vacib məsələlərdən biri olub:

"İndi danışıqlar gedir. Güman etmək istəyirik ki, bu məsələ öz həllini tapacaq".


Xəbəri paylaş

5288 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___