Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Başçı və partiya sədri arasında ziddiyət yaranıb
Tarix: 14-04-2016 | Saat: 12:59
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Başçı və partiya sədri arasında ziddiyət yaranıb


Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevlə YAP rayon təşkilatının sədri Almaz Haşımova arasında ziddiyət yaranıb. Faktinfo.az saytının əldə etdiyi məlumata görə, 2014-cü ilin sonunda Azərbaycan Maliyyə Nazirliyi Füzuli rayon Təhsil Şöbəsini yoxlayır, yoxlamanın nəticələri Almaz Haşımovada sıxıntı yaradır. Ən azı işini itirmək təhlükəsi ilə qarşılaşan təhsil şöbə müdirinə o vaxt MTN-də idarə rəisi işləyən qohumu kömək edib. Məlum Eldar Mahmudov hadisəsindən sonra MTN Transmilli Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə Baş İdarəsinin keçmiş rəisi Sübahir Qurbanov işdən çıxarılıb. Sübahir Qurbanovun işdən çıxarılmasından sonra vəziyyətin qəlizləşdiyini bilən Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Almaz Haşımovaya ərizəsini yazmağı məsləhət bilib. Bunun müqabilində Almaz Haşımovanı bir müddətdən sonra rayon icra hakimiyyəti başçısının Humanitar Məsələlər üzrə müavini vəzifəsinə təyin edəcəyinə vəd verib. Hazırda verdiyi vədi tuta bilməyən Alı Alıyevlə partiya sədri arasında ziddiyət də bu səbəbdən yaranıb.


Xəbəri paylaş

5848 dəfə oxunub.

Digər xəbərlər
9-06-2017, 12:36 Natiq Əliyev vəfat etdi

bütün xəbərlər
____ Instagram ___