Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Əxlaqsızlıq yuvaları baş alıb gedir...”
Tarix: 13-04-2016 | Saat: 14:53
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

“Əxlaqsızlıq yuvaları baş alıb gedir...”
“Azərbaycanda çox təəssüflər olsun ki, son illər əxlaqsızlıq yuvaları baş alıb gedir”.

Bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə bu gün təşkil olunmuş "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə-məşişət zorakılıqlarının, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri də əxlaqsızlıq yuvalarının artmasıdır: "Bu, çox ciddi problemdir və hər birimizdə də çox ciddi təəssüf hissi doğurur".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova isə Omdudsmanın bu fikirləri ilə razılaşmayıb: “Elmira xanım, bu fikirlərinizlə insanların ürəyinə qorxu saldınız. Düzdür, bizdə əxlaqsızlıq yuvaları var və bunlar dünyanın hər yerində mövcuddur, amma bu, o qədər də çox deyil. Həm də müvafiq nazirliklərimiz, eləcə də komitəmiz bunlara qarşı çox ciddi mübarizə aparır".


Xəbəri paylaş

7068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___