Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasına qərar verilib
Tarix: 13-04-2016 | Saat: 12:53
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsinin Milli Məclisdə müzakirəyə çıxarılmasına qərar verilib

"Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi yaxın vaxtlarda Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılacaq". "Report" xəbər verir ki, bunu parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məslisdə "Ailə institununun formalaşmasında adət -ənənələrimiz" mövzusunda keçirilən iclasda deyib.
Onun sözlərinə görə, qanun layihəsinin qəbulunun uzanmasına obyektiv səbəblərdən daha çox subyektiv səbəblər mane olur: "Burada da əsas problem təbliğat işinin düzgün qurulmamasındadır. Yaranmış vəziyyətlə biz qanunun əleyhinə olan qurumlarla, xüsusilə də Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsi ilə görüşlər keçirib narahat doğurucu məsələləri onlarla birgə müzakirə etdik. Görüşün yekununda bizə bildirildi ki, məsələnin əsl mahiyyəti onlara tam izah olunmayıb. Ona görə də layihədə nəzərdə tutulan məsələlər heç də İslama zidd deyil. Bu səbəbdən həm Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, həm də Qafqaz Müsəlmanları İdarəsinin şeyxi Allahşükür Paşazadə qanun layihəsinə razılığını verib".
Ə.Əmiraslanov əlavə edib ki, Milli Məclisin sədri Oqtay Əsədov da qanun layihəsinin qəbul olunmasına razı olduğundan yaxın zamanlarda gündəliyə salınaraq müzakirə olunacaq.
Komitə sədri əsas problemin qanunda ekstrokorproal mayalanma ilə bağlı olduğunu deyib: "Amma burada da elə ciddi problem yoxdur. Necə olur ki, Səudiyyə Ərəbistanında, İranda ekstrokorporal mayalanma həyata keçrilir, Azərbaycanda yox. Odur ki, bu nə İslam dini, nə də bizim milli mənəvi dəyərlərimizlə ziddiyyət təşkil etmir. Niyə bu əməliyyat bizdə olmasın?!".


Xəbəri paylaş

4598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___