Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Azərbaycan himni yerinə Ermənistan himni səsləndirildi- Video
Tarix: 18-04-2015 | Saat: 13:26
Bölmə:M / Karusel / İdman | çapa göndər

Azərbaycan himni yerinə Ermənistan himni səsləndirildi- Video

Serbiyanın Novo-Sad şəhərində yeniyetmə və gənclər arasında sambo güləşi üzrə növbəti Avropa birinciliyinə start verilib. Aprelin 20-dək davam edəcək qitə birinciliyində ölkəmiz baş məşqçi Yaqub Abdullayevin rəhbərliyi altında 13 idmançı ilə təmsil olunur.

Xeberaz.az modern.az-a istinadən xəbər verir ki, yeniyetmələrin yarışında Eyvaz Baxşıyev (48 kq), Rəşad Dünyamalıyev (52 kq), Namiq Abbaslı (56 kq), Mirsahib Əzizov (60 kq), Elvin Cəlilov, Asim Əhmədov (hər ikisi 65 kq), Elçin Sadıxov, Yusuf Yusufov (hər ikisi 81 kq) və Aslan Mirzəyev (87 kq) mübarizə aparır.
Gənclər arasında isə Şakir İsmayılov (48 kq), Fərid Qardaşxanov (57 kq), Kamran Əsgərov (62 kq) və Natiq Sarıyev (68 kq) yarışır.

Dünən Avropa Çempionatında xoşagəlməz hal yaşanıb. Belə ki, 62 kiloqram çəki dərəcsində çıxış edən azərbaycanlı idmançı Kamran Əsgərov finalda erməni rəqibi Volodya Sarqsyanı məğlub etsə də, mükafatlandırma mərasimində Ermənistanın himni səsləndirilib.

Azərbycan himni yerinə Ermənistanı himinin səsləndirildiyinə görən Kamran Əsgərov çaşqınlıq içində düşmən ölkənin himnini sona qədər dinləməyə məcbur olub. Himnin səhv səsləndirildiyini görən təşkilartçılar bir neçə dəqiqəlik müzakirələrdən sonra Azərbaycanın himni səsləndiriblər.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___