Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Sergey Lavrov: ''Bizim təkliflərimiz var''
Tarix: 07-04-2016 | Saat: 13:44
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Sergey Lavrov: ''Bizim təkliflərimiz var''

Elxan Şahinoğlu: ''Rayonların boşaldılması qarşılığında bizim üçün elə şərt qoya irəli sürərlər ki, Qarabağı itirə bilərik''

“Son günlər qoşunların təmas xəttində insan tələfatı ilə müşahidə olunan gərgin vəziyyət yaranıb. Əlbəttə ki, bu da həm dünyada, həm regionda, həm də ictimaiyyət arasında narahatlıq doğurur”.

APA-nın xəbərinə görə, bunu bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilə görüşündə Azərbaycan prezidenti İlham Əliyev deyib.

"Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”

Prezident bildirib ki, Rusiya bu halda yenidən təşəbbüs göstərib və Rusiya tərəfinin vasitəçiliyi ilə atəşkəs haqqında razılaşma əldə olunub: “Biz hesab edirik ki, bu, regionda vəziyyətin gərginləşməsinə imkan verməməyin yeganə yoludur. Atəşkəs rejiminə riayət olunurdu. Təəssüf ki, bu gün axşam Ermənistan tərəfi atəşkəsi pozdu”.

Prezident vurğulayıb ki, Azərbaycan danışıqlar prosesinin davam etdirilməsinə köklənib: “Bu gün mən ATƏT-in Minsk qrupunun həmsədrlərini - səfirləri qəbul etdim. Onlara da dedim və indi mətbuat qarşısında da demək istəyirəm ki, Azərbaycan danışıqlar prosesinə sadiqdir. Biz bu münaqişəni sülh yolu ilə beynəlxalq hüququn norma və prinsipləri əsasında tənzimləmək istəyirik. Düşünürəm ki, atəşkəsin elan olunmasından sonra ötən 20 ildən çox müddət bizim məhz siyasi nizamlanmaya kökləndiyimizi sübut edir”.

Prezident Rusiya xarici işlər nazirinin səfərinin münasibətlərin möhkəmlənməsi istiqamətində daha mühüm addım olacağına əminliyini ifadə edib.

Prezident, həmçinin Rusiya, İran və Azərbaycanın xarici işlər nazirlərinin ilk görüşünün Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib: “Hesab edirəm ki, bu, ölkələrimiz arasında çox ciddi regional əməkdaşlıq prosesinin başlanğıcıdır.

Azərbaycan dünyada yeganə ölkədir ki, eyni zamanda, həm Rusiya, həm də İranla həmsərhəddir. Bu, üç ölkə xalqlarının həm coğrafiyası, həm də qarşılıqlı əlaqələrinin tarixidir. Ölkələrimiz arasında bugünkü qarşılıqlı fəaliyyət də əlbəttə ki, əməkdaşlığın həm də çoxtərəfli formatda dərinləşməsini tələb edir”.

Ölkə başçısı qeyd edib ki, S. Lavrovun səfəri ikitərəfli problemləri müzakirə etmək üçün də yaxşı imkandır: “Biz ölkələrimiz arasında münasibətlərin gedişatından, yüksək səviyyəsindən, demək olar ki, bütün sahələri əhatə edən strateji tərəfdaşlıqdan çox məmnunuq. Rusiya və Azərbaycan iki dost, iki qonşudur. Biz bu münasibətləri yüksək dəyərləndiririk, bu münasibətləri möhkəmləndirməyə və inkişaf etdirməyə səy göstəririk. Bu, həm qarşılıqlı siyasi fəaliyyətə, həm humanitar, iqtisadi və energetika sahələrində əməkdaşlığa, həm də, əlbəttə ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə aiddir”.

“Səfərim sizin Rusiya və İran prezidentləri ilə razılaşmanızın nəticəsidir. Sizin təşəbbüsünüz bu cür üçtərəfli formatı qurmaqdan ibarət idi. Bu format sizin haqlı olaraq dediyiniz kimi, bir çox nöqteyi-nəzərdən daha sıx üçtərəfli siyasi, təhlükəsizlik, terrorizmlə mübarizə sahələrində əməkdaşlıq baxımından əhəmiyyətlidir.”

Bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşündə deyib.

Onun sözlərinə görə, ölkələr arasında nəqliyyat marşrutları, iqtisadi əlaqələrin inkişafı, energetika sahəsində ümumi maraqlar var:

“Ümidvaram ki, sizin prezident Putin və prezident Ruhani ilə razılaşmanızı rəhbər tutaraq biz sabah nazirliklərə bölmələr üzrə daha dəqiq müvafiq nəqliyyat və energetika layihələrinin gerçəkləşməsi üzərində işləməyə imkan verən siyasi çərçivə yarada biləcəyik. Biz ötən ilin iyun ayında Rusiya prezidenti Vladimir Putinin Bakıya səfəri zamanı sizin onunla əldə etdiyiniz prinsipial razılaşmaları rəhbər tutacağıq. Yeri gəlmişkən, o, sizə ən səmimi salamlarını göndərir və xatırladır ki, siz Rusiyaya səfərə dəvət olunmusunuz. Sözsüz ki, bu, bizim xarici siyasətin ən dəyərli istiqamətidir”.

S.Lavrov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi ciddi çağırışla qarşılaşıb. “Uzun illər ərzində yəqin ki, bu, ən irimiqyaslı döyüş əməliyyatlarıdır. Həqiqətən biz - həm Prezident, həm Baş nazir, həm bizim nazirlik, əlbəttə ki, Müdafiə Nazirliyi və Baş Qərargah səviyyəsində tərəflərə atəşkəs barədə razılıq əldə edilməsi üçün zəruri olan bütün addımları atdıq. Bu razılaşmanın pozulmamasına dəstək verməyə hazır olacağıq. Əlbəttə ki, sizin dediyiniz kimi, bu konkret məsələdə vəziyyəti sabitləşdirmək vacibdir. Ümid edirəm ki, son günlərin hadisələri bizi siyasi tənzimlənmə ilə daha fəal məşğul olmağa sövq edəcək. Bizim təkliflərimiz var. Biz bu təklifləri həmsədrlərlə birlikdə Azərbaycan ilə Ermənistan arasında razılaşmanın əldə olunması naminə daha fəal işə salmağa çalışırıq. Hesab edirəm ki, biz bu məsələlərə ortamüddətli və uzunmüddətli perspektivdə də diqqət yetirə biləcəyik. Bu barədə həm bu gün, həm də sabah söhbət edəcəyik. Biz indi həmsədrlərin göstərdikləri təşəbbüsləri tamamilə dəstəkləyirik. Onlar Bakıya səfər etdilər, sabah təmas xəttində, birigün isə İrəvanda olacaqlar. ATƏT-in, əlbəttə ki, təkcə ATƏT-in yox, həm də Beynəlxalq Qırmızı Xaç Komitəsinin köməyi ilə ən yaxın vaxtlarda hansısa etimad tədbirləri görmək və siyasi prosesin bərpası üçün zəruri şərait yaratmaq vacibdir. Bu qəbula görə çox sağ olun. Bir daha bu səfərin gedişində məhsuldar danışıqlara ümid bəsləyirəm” (APA).

Rusiyalı diplomatın açıqlamasını Meydan TV-yə şərh edən siyasi şərhçi Elxan Şahinoğlu Kremlin əvvəllər də təkliflərinin olduğunu və Azərbaycan prezidentinin bunların müzakirəsinin mümkünlüyünü xatırlatdı: "Əgər təkliflər özündə mərhələli həll planını ehtiva edirsə, bu haqda ciddi düşünmək olar. Söhbət Dağlıq Qarabağ ətrafındakı rayonların tarixinin müəyyənləşməsindən gedir, ancaq bunun qarşılığında Kremlin sonrakı təklifi nədir, orası maraqlıdır. Ermənilər israrla bildirir ki, ətraf rayonları boşaltdıq, referendum nə vaxt keçiriləcək, statusa nə zaman baxılacaq. Bu baxımdan Rusiya təkliflərinə bu maddəni salarsa, bizim üçün tələ ola bilər. Düşünürəm ki, ehtiyatlı olmalıyıq. Çünki rayonların boşaldılması qarşılığında bizim üçün elə şərt qoya irəli sürərlər ki, Qarabağı itirə bilərik".




Xəbəri paylaş

5478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___