Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
BU HƏSRƏTİN SONU OLACAQ! O TORPAQLARA QAYIDACAĞIQ...
Tarix: 06-04-2016 | Saat: 17:25
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

BU HƏSRƏTİN SONU OLACAQ! O TORPAQLARA QAYIDACAĞIQ...


(Tərtərdəki "N" Hərbi Hissənin 23 illiyi böyük təntənə ilə qeyd olundu)


Həyatda hər kəsin öz ömür yolu var. Bəli, bu, həqiqətən belədir. Hər bir insan ömür boyu elə yaşamalıdır ki, onun keçdiyi həyat yolu başqalarına nümunə olsun. İnsan yaşadığı həyat boyu xeyirxahlıq etməlidir, köməyə ehtiyacı olanlara kömək etməlidir, yaxşı əməllərə sahib olmalıdır. Ən başlıcası isə hər bir insanın ürəyində VƏTƏN SEVGİsi, VƏTƏN MƏHƏBBƏTi olmalıdır! Səmavi kitabda belə bir fikir var.
VƏTƏNİ SEVMƏK İMANDANDI !!!
Allahıma şükranlıq edirəm ki, Vətənimə böyük sevgim və böyük məhəbbətim var. Allah ANA VƏTƏNimə olan bu sevgini ürəyimdən zərrə qədər də olsa, azaltmasın. Bu dünyada atamı və anamı itirmişəm, onlar HAQQ dünyasına köçüblər. Amma mənim VƏTƏN adlı ANAm var! VƏTƏNim mənim ANAmdı!
Azərbaycanın hər bir qarış torpağı mənə çox əziz və çox doğmadı. Şair-jurnalist kimi çalışıram ki, cəbhə bölgələrinə tez-tez səfər edim, ANA Vətənimizi mənfur yağılardan qoruyan Azərbaycan əsgərlərinin ziyarətində olum. Elə bu məqsədlə də növbəti dəfə cəbhə bölgəsinə səfər etdim. Bu səfərim isə düşmənlə təmas xəttində olan Tərtərə oldu.
Qeyd edim ki, Tərtər səfərimdən öncə cənnət QARABAĞın bir parçası olan Ağdama səfər etmişdim. Fevralın 26-dan martın 2-dək Ağdamda səfərdə oldum. Martın 2-si səhər saat 9-da üzü paytaxta doğru yol alan əyləşdiyim avtobus günorta saat 3-də Bakıya çatmışdı.
Nəhayət, 2015 ci il, martın 3-də "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin sədri, "Yeni Yurd" Sosial İnkişaf İctimai Birliyinin icraçı direktoru, "Tərəqqi" medalının mükafatçısı, Qarabağ Müharibəsi veteranı Şamil Sabiroğlu, Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred Asif) Məhərrəmov adına İnkişaf Fondunun sədri, Qarabağ Qazisi Ədalət Məhərrəmov, "20 Yanvar" Cəmiyyətinin sədr müavini, istefada olan hərbi qulluqçu Mustafa Əliyev (Qaramanlı), "Qürur" Şəhid Ailələri Xeyriyyə İctimai Birliyinin sədri, Milli Qəhrəman Səfiyar Behbudovun bacısı Naibə Behbudova, Xocalı 2 №li Məcburi Köçkün tam orta məktəbinin direktoru, Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, QafqazPRESS.az İnformasiya Agentliyinin rəhbəri, Qafqaztv.az Xəbər Saytının rəhbəri, "Azərbaycan uğrunda" qəzetinin baş redaktoru, şair-publisist Xatirə Əziz (Rəhimli), Azərbaycan Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri, Fakt-info.az Xəbər Saytının rəhbəri Əkrəm Bəydəmirli, "Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyinin şöbə müdiri Dilbər Sultan, "Bakunews" İnternet televiziyasının baş redaktoru Vüsalə Nəciyeva, həmin tv-nin foto-müxbiri İlham Rəsulzadə və saz ifaçısı Azər Mustafayev (Göyçəli) Tərtərdəki "N" hərbi hissənin yaradılmasının 23-cü ildönümü ilə bağlı keçiriləcək tədbirdə iştirak etmək üçün Tərtərə yola düşdük. Əyləşdiyimiz avtobus səhər saat 6-da Bakıdan birbaşa Tərtərə yol aldı. Cəbhə bölgəsinə olan bir səfərimiz də beləcə xoş niyyətlə reallaşdı.
Yol boyu ayrı-ayrı sahələrlə bağlı bir çox məsələlər haqda söhbət etdik, bu məsələlərə hər bir kəs öz fikrini bildirdi. Söhbətimizin əsasını isə vətənpərvərlik mövzusu əhatə etdi. Mustafa Qaramanlı və mən-Xatirə Rəhimli sazın müşayəti ilə vətənpərvərlik mövzusunda bir neçə şeir söylədik. Eləcə də Azər Göyçəlinin ifasında yol boyunca gözəl saz havalarına da qulaq asdıq.
Beləcə, xoş əhval-ruhiyyə ilə saat 11-də Tərtərə çatdıq. Səhər saatlarında keçirilməsi nəzərdə tutulan tədbir-görüş elə həmin vaxtda öz işinə başladı. Öncə .Azərbaycanın Himni səsləndi. Polkovnik-leytenant Ruslan Ağasiyev "N" hərbi hissənin yaranma günü münasibəti ilə zabit və əsgər heyəti qarşısında təbrik nitqi söyləyərək görüşü açıq elan etdi.
Əvvəlcə, vətənimizin və torpaqlarımızın naminə canını qurban vermiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. R. Ağasiyev Komandanlığın təbrikini şəxsi heyətə çatdırdı, həmçinin zabit və əsgərləri bu əlamətdar gün münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara bu şərəfli işdə can sağlığı və uzun ömür arzuladı. Sonra isə çıxış üçün sözü polkovnik Həbib Məmmədova verdi.
H. Məmmədov "N" hərbi hissənin yaradılmasının 23 illiyilə bağlı bayram təbrikini zabit və əsgər heyətinə çatdırdı. Onu da söylədi ki, Azərbaycan Milli Ordusunun əsgərləri hər zaman olduğu kimi Vətənə layiqli xidmət etməlidirlər. Polkovnik Məmmədov çıxışının sonunda bu əlamətdar günlə bağlı zabit və əsgərləri təbrik etdi. Daha sonra çıxış üçün söz Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədova verildi.
M.Məmmədov çıxışının əvvəlində hərbi hissənin zabit və əsgərlərini salamladı və onlara öz ürək sözlərini çatdıraraq dedi: "Ölkəmizə bir neçə gündən sonra qədəm qoyacaq Bahar Bayramı münasibətilə bu hərbi hissənin zabit və əsgərlərini təbrik edirəm, onlara möhkəm can sağlığı arzulayıram. Azərbaycan bir neçə ildir ki, müharibə şəraitində yaşayır. Son illər Azərbaycanda ordu quruculuğu yüksək səviyyədə inkişaf edir. Azərbaycan əsgərləri ANA Vətənimizi düşməndən gecə-gündüz böyük şərəflə və böyük fəxrlə qoruyurlar. Bu yolda zabit və əsgərlərə uğur diləyirəm. Yolunuz hər zaman açıq olsun. Torpaqlarımızın 20 faizindən çoxu işğal altındadı. Azərbaycanın güclü və qüdrətli Milli Ordusu zəbt olunmuş torpaqlarımızı mənfur düşməndən azad etməyə qadirdi. Tərtər rayon İcra Hakimiyyətinin rəhbərliyi mütamadi olaraq bu rayonda olan hərbi hissələrin məsul şəxsləri ilə əlaqə saxlayır. Bu, həmişə belə davam edəcək. İnanırıq ki, qəsb olunan torpaqlarımız yağı düşməndən tezliklə azad ediləcək". M.Məmmədov bununla da çıxışını sona çatdırdı.
Qarabağ Qazisi Nizami Heydərov da çıxış edərək bu hərbi hissənin yaradılması münasibətilə zabit və əsgərləri səmimi qəlbdən təbrik etdi. Əsarətdə olan torpqlarımızın tez bir vaxtda düşmən işğalından azad ediləcəyini söylədi N. Heydərov qeyd etdi ki, Azərbaycanın güclü və qüdrətli Milli Ordusu bu QƏLƏBƏni qazanacaq! Həmçinin vurğuladı ki, Azərbaycanın Milli Ordusu nankor düşmənin üzərində tezliklə ZƏFƏR çalacaq və QƏLƏBƏ bizimlə olacaq!
Qarabağ Müharibəsi veteranı Şamil Sabiroğlu hərbi hissənin şəxsi heyəti qarşısında bir qədər geniş və məzmunlu çıxış etdi. "Əziz zabit və əsgərlər! Azərbaycan xalqı sizinlə qürur duyur. Xalqımız əmindir ki, dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməsində son sözü Silahlı Qüvvələrimizin Ali Baş Komandanı və Azərbaycan Ordusu deyəcək". Ş.Sabiroğlu onu da qeyd etdi ki, "General - polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Müdafiə naziri təyin edildikdən sonra bu sahədə çox böyük işlər görülüb. Azərbaycan Silahlı qüvvələrinin büdcəsi Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur". Eləcə də Ş.Sabiroğlu 1992-1993 cü illərdə Tərtər - Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını əsgərlərin nəzərinə çatdırdı.
Sonra isə Qarabağ Qazisi Ədalət Məhərrəmov zabit və əsgərlərin qarşısında çıxış etdi. Ə.Məhərrəmov bu əlamətdar gün münasibətilə hərbi hissənin şəxsi heyətini təbrik etdi. Onlara can sağlığı, mənalı ömür və əzmkarlıq arzuladı. Onu da dedi ki, "O gün olsun, bu bayram əhval-ruhiyyəli nitqi Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğal edilmiş dədə-baba torpaqlarımız işğaldan azad edildkdən sonra Ağdamda, Şuşada, Laçında, Kəlbəcərdə söyləyim".
Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova da çıxış edərək bu əlamətdar günlə əlaqədar zabit və əsgərləri təbrik etdi. F. Rüstəmova qardaşının keçdiyi şərəfli döyüş yolndan danışdı. F. Rüstəmova çıxışının sonunda zabit və əsgərləri bu gözəl gün münasibətilə təbrik etdi, onlara öz ürək sözlərini söylədi.
Naibə Behbudova qardaşı, Milli Qəhrəman Səfiyar Behbudovun 1991-1992 ci illərdə könüllü olaraq Tərtər-Ağdərə- Ağdam bölgələrində erməni terrorçularına qarşı döyüşərdə iştirak etdiyini fəxrlə söylədi.
Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra "N" hərbi hissəsində ədəbi-bədii gecə keçirildi. Tərtər rayon uşaq musiqi kollektivinin üzvləri və aşıq Azər Göyçəli maraqlı və ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər.
Dilbər Sultan və mən -Xatirə Rəhimli zabit və əsgər heyəti qarşısında vətənpərvərlik ruhunda qələmə aldığımız şeirləri söylədik.
Mustafa Qaramanlı, Əkrəm Bəydəmirli, Xatirə Rəhimli, Dilbər Sultan və Vüsalə Nəciyeva cəbhə bölgəsində olan "N" hərbi hissəsinin ad gününü cəsur, qorxmaz, eləcə də Mübariz ruhlu zabit və əsgərlərlə birgə qeyd etdikləri üçün çox böyük qürur hissi keçirtdiklərini söylədilər.
Görüşün sonunda qonaqlar və "Yeni Yurd" İctimai Birliyinin sədri Mahirə Əsədovanın adından əsgərlərə hədiyyələr təqdim olundu.
Ədəbi-bədii gecəyə yekun vurulduqdan sonra əsgərlərlə xatirə şəkilləri çəkildi.
"N" hərbi hissəsinin yaradılması ilə əlaqədar keçirilən bu görüşü Ş.Sabiroğlu vətənpərvərlik mömzusunda yazdığı bir şeirlə yekunlaşdırdı.
Beləliklə, düşmənlə təmas xəttində olan Tərtərdəki "N" hərbi hissənin 23 illiyi böyük coşqu və təntənə ilə qed olundu. Cəbhə bölgəsində torpaqlarımızı yağı düşməndən gecə-gündüz göz bəbəyi kimi qoruyan igid və qəhrəman əsgərlərimizlə bir görüşümüz də beləcə xoş ovqatla başa çatdı.
P.S. Çox gözəl əhval-ruhiyyə ilə cəbhə bölgəsindən Bakıya yollandıq. Əyləşdiyimiz avtobus saat 16:00-da Tərtərdən Bakıya doğru yola düşdü. Elə o andaca ürəyimdən çox gözəl fikirlər keçdi...
Kaş elə bir gün gələydi ki, işğaldakı bağrı qan olan torpaqlarımızda keçirəydik bu gözəl bayramları. Uca Tanrım, kaş ki bu, həqiqət olaydı. Yaxın vaxtda əsarətdəki torpaqlarımız, kəndlərimiz, ellərimiz, obalarımız düşmən əsarətindən qurtula biləydi.
Xocalı, Şuşa, Laçın, Cəbrayıl, Füzuli, Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər və düşmən tapdağında inildəyən el-obalarımız namərd düşmənin tapdağndan azad olunaydı. Bizlər də bu xoş günü görə biləydik.
İnanırıq ki, odlar yurdu Azərbaycanın güclü və qüdrətli Milli Ordusu bu möhtəşəm QƏLƏBƏni əldə edəcək! Bu böyük qələbəni Şuşada keçirmək arzusu ilə sizlərdən ayrılıram hörmətli oxucular. O GÜN çox uzaqda deyil...

Bakı - Tərtər - Şıxarx - Bakı


Xatırladaq ki,Şair-publisist Xatirə Rəhimli "QafqazPress.Az" İnformasiya Agentliyinin Rəhbəridir


BU HƏSRƏTİN SONU OLACAQ! O TORPAQLARA QAYIDACAĞIQ...
BU HƏSRƏTİN SONU OLACAQ! O TORPAQLARA QAYIDACAĞIQ...
BU HƏSRƏTİN SONU OLACAQ! O TORPAQLARA QAYIDACAĞIQ...


Xəbəri paylaş

1 7648 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___