Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT
Tarix: 05-04-2016 | Saat: 11:03
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Fransa Senatının üzvündən Ermənistana qarşı BƏYANAT

Fransa Senatının üzvü Jan-Mari Bokel Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən bəyanat yayıb.
"Xəbəraz.az "-ın Azərtac-a istinadən məlumatına görə, bəyanatda senator Jan-Mari Bokel çoxlu insan itkisinə, eləcə də bir neçə azərbaycanlı dinc əhalinin ölümü ilə nəticələnən Ermənistanın Azərbaycana qarşı təcavüzünü qəti şəkildə pisləyir.
Jan-Mari Bokel Ermənistanın Azərbaycanın torpaqlarını qeyri-qanuni işğalı ilə bağlı təmas xəttində baş vermiş son hadisələrin günahsız qurbanlarına rəhmət diləyir.
Fransalı senator Minsk qrupunun həmsədrlərinin münaqişədə diqqətsizliyinə və yalnız faciəli qarşıdurmaya gətirib çıxaran ədalətsiz status-kvonun illərdir saxlanmasına təəssüfləndiyini bildirir.
Senator qeyd edir ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini icra etməli və qoşunlarını Dağlıq Qarabağ da daxil olmaqla işğal etdiyi bütün Azərbaycan torpaqlarından dərhal və qeyri-şərtsiz çıxarmalıdır.
Jan-Mari Bokel Azərbaycan dövlətinin cavab tədbirlərini birtərəfli qaydada dayandırmaq qərarını alqışlayır və Ermənistanı da belə qərar qəbul etməyə çağırır.


Xəbəri paylaş

6098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___