Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı - YENİLƏNİB + FOTO
Tarix: 18-04-2015 | Saat: 01:20
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Bakıda dəhşətli qəza: 3 ölü, 1 yaralı - YENİLƏNİB + FOTO

FHN məlumat yaydı.

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

Xeberaz.az -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nizami rayonunda yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər deformasiyaya uğramış “Lifan” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücü və iki sərnişin aldığı xəsarətlərdən hadisə yerində vəfat edib. Digər sıxılmış vəziyyətdə qalmış sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verilib.

1 saylı Şəhər Kliniki Xəstəxanasından APA-ya verilən məlumata görə, Ziya Bünyadov prospektində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Bülbülə qəsəbəsinin sakini, 1954-cü il təvəllüdlü Səlimov Akif Səlim oğlu təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Yaralının vəziyyəti ağır kimi qiymətləndirilir.

17.04.2015 22:17

Bakıda ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.


Xeberaz.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Ziya Bünyadov prospekti ilə Qara Qarayev prospekti istiqamətində yüksək sürətlə hərəkətdə olan “Lifan” markalı minik maşını yolun kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində avtomobil iki hissəyə bölünüb. Avtomobildə olan üç nəfər hadisə yerində dünyasını dəyişib, bir nəfər isə ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində polis əməkdaşları müayinələr aparırlar.





Xəbəri paylaş

8218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___