Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident: "Problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"
Tarix: 02-04-2016 | Saat: 21:36
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Prezident: "Problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır"
"Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində səylərini bundan sonra da davam etdirəcək".
"Xəbəraz.az "xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri ABŞ-da keçirilən Nüvə Təhlükəsizliyi Sammitində səsləndirib.

"Təəssüflər olsun ki, Ermənistan mütəmadi olaraq işğal altındakı ərazilərin boşaldılması üçün müəyyən şərtlər irəli sürməkdədir. Biz Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün səylərimizi bundan sonra da davam etdirəcəyik. Lakin, hesab edirik ki, bu problem Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır".

Prezident İlham Əliyev həmçinin BMT TŞ-nın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi 4 qətnaməni də xatırladıb.

"Bu qətnamələr hələlik kağız üzərində qalmaqdadır. Bir daha təkrar edirəm ki, Təhlükəsizlik Şurasının qətnamələrində Ermənistan Silahlı Qüvvələrinin işğal altındakı ərazilərimizdən qeyd-şərtsiz çıxarılması öz əksini tapıb. Bununla belə, torpaqlarımızın işğalı 20 ildən artıqdır ki, davam etməkdədir".


Xəbəri paylaş

7598 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___