Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər etiraf etdi: 100-dən çox itkimiz var
Tarix: 02-04-2016 | Saat: 20:40
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Ermənilər etiraf etdi: 100-dən çox itkimiz var
Səhər saatlaından çoxsaylı dezinformasiyalar yayaraq panikaya düşən əhalisini sakitləşdirmək istəyən Erməni KİV nəhayət ki, həqiqətəuyğun məlumatlar yaymağa başlayıb.

Ermənistanın planetaarmenia saytı Qarabağdakı döyüşlərdən yazıb. Sayt təmas xəttinə yaxın yerləşən əhalinin təşviş içində qaçdığını yazır. Bəzi sakinlər isə zirzəmilərdə gizlənirlər. "Bizim itkilərimiz təkcə ölənləri hesaba alsaq yüzdən çoxdur", - deyə erməni saytının məlumatında qeyd olunur.

Qeyd edək ki, bir qədər əvvəl Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilirdi ki, Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Hazırda həmin yüksəkliklər və yeni müdafiə xətti boyu müvafiq gücləndirmə tədbirləri həyata keçirilir, yeni səngərlər qazılır və mövqelərdə möhkəmləndirmə işləri aparılır.

Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.

Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.


Xəbəri paylaş

9368 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___