Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Senatordan bəyanat
Tarix: 02-04-2016 | Saat: 20:10
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Senatordan bəyanat
Fransa senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.
“Aydındır ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq. ATƏT-in Minsk Qrupu heç bir səmərə verməyən “addım-addım” strategiyasınından imtina etməli və hərəkətə keçməlidir. Azərbaycan özünün Dağlıq Qarabağ və yeddi ətraf rayonun, ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə edilməsini qəbul edə bilməz. Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir. Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriya və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq."


Xəbəri paylaş

6688 dəfə oxunub.

Digər xəbərlər
19-11-2016, 10:45 Obama sonuncu sammitində
28-06-2015, 11:39 ESL FANATLAR (FOTO VİDEO)

bütün xəbərlər
____ Instagram ___