Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ziyafət Əsgərov: “Cəbhədəki təxribatlar Ermənistanın məğlubiyyətini tezləşdirir”
Tarix: 02-04-2016 | Saat: 18:00
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ziyafət Əsgərov: “Cəbhədəki təxribatlar Ermənistanın məğlubiyyətini tezləşdirir”
“Cəbhədə baş verənlər Ermənistanın təxribatıdır”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin vitse-spikeri, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

Onun sözlərinə görə, bu gün dünyada Azərbaycanın nüfuzu artır: “Azərbaycan Prezidenti İlham Əliyev dünya liderləri tərəfindən qəbul edilir, ölkəmizin güclənməsi üçün siyasi addımlar atılır. Azərbaycan beynəlxalq sammitlərə, forumlara dəvət alan bir ölkədir. Çox maraqlıdır ki, ya Azərbaycanda, yaxud digər ölkələrdə hansısa beynəlxalq tədbirlər keçirilən zaman Ermənistan cəbhədə təxribata əl atır”.

Vitse-piker hesab edir ki, cəbhədəki təxribatların digər səbəbi Ermənistandakı hakimiyyətin öz ictimaiyyətinin diqqətini daxili problemlərdən yayındırmaqdır.

“Amma Ermənistan bir şeyi anlamalıdır ki, Azərbaycanın nüfuzunun artması, ordumuzun qüdrətlənməsi, iqtisadiyyatımızın möhkəmlənməsi onun məğlubiyyətini daha da tezləşdirəcək. Bu gün Ermənistan rəhbərliyi təşviş içindədir. Məhz buna görə onlar cəbhədə təxribata əl atırlar. Əslində, bu təxribatlar Ermənistanın özünə ziyandır və onun mütləq məğlubiyyətini daha da tezləşdirir”, - deyə o diqqətə çatdırıb.

Z. Əsgərov qeyd edib ki, bütün təxribatlara baxmayaraq, Ermənistan Azərbaycanın qarşısında diz çökəcək.


Xəbəri paylaş

6028 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___