Prezident Şennonla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdi
Tarix: 02-04-2016 | Saat: 15:54
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Azərbaycan prezidenti İlham Əliyev aprelin 1-də Vaşinqtonda ABŞ dövlət katibinin müavini Tomas Şennon ilə görüşüb.
"Xəbəraz.az " AzərTac-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı. Azərbaycan Prezidenti ABŞ-a səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərək məmnunluğunu ifadə etdi, bu səfərin uğurla keçdiyini vurğuladı. Prezident İlham Əliyev səfərin və səfər zamanı keçirilən görüşlərin strateji əməkdaşlığa əsaslanan ikitərəfli münasibətlərimizin artıq yeni mərhələyə qalxması işinə töhfə verdiyini bildirdi.
ABŞ dövlət katibinin müavini Tomas Şennon dövlətimizin başçısının Vaşinqtondakı uğurlu görüşlərinin maraqla izlənildiyini diqqətə çatdırdı. O, ABŞ-ın Azərbaycan ilə münasibətlərin inkişafına mühüm əhəmiyyət verdiyini qeyd etdi və əlaqələrimizin müxtəlif sahələrdə bundan sonra da uğurla genişlənəcəyinə ümidvar olduğunu bildirdi.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, energetika, iqtisadiyyat, ticarət sahələrində əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
Xəbəri paylaş
6668 dəfə oxunub.
Digər xəbərlər

4-04-2016, 14:02
Gürcüstanın XİN rəhbəri Qarabağdakı vəziyyətlə əlaqədar Polşaya səfərini təxirə salıb
7-10-2015, 17:55
400 minlik maşın icra başçısınındır? - AÇIQLAMA
30-09-2017, 12:25
İŞİD-in əlindən alınan azərbaycanlı uşaqla bağlı YENİ XƏBƏR - RƏSMİ
23-05-2016, 11:58
Obama qərar verdi: Embarqo ləğv edildi
25-07-2016, 11:29
DİQQƏT! Villalar söküləcək - SİYAHI
14-05-2016, 20:19
Kitab yazan deputatlarımızı tanıyaq
1-02-2022, 11:05
Azərbaycanın ən iri bazarlarından biri bağlana bilər
25-06-2015, 19:41
Öldürülən Aylanın rəfiqəsinin yaralı fotosu yayıldı + ÖZƏL FOTO
21-04-2016, 21:34
Bakıda binada yanğın:2 nəfər xilas edildi, 17 sakin təxliyə olundu