Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ermənilər Tərtər və Ağdamın kəndlərini atəşə tutdu: ölən və yaralanan var - VİDEO
Tarix: 02-04-2016 | Saat: 12:44
Bölmə:M / Karusel / Hadisə / Xəbəraz TV | çapa göndər

Ermənilər Tərtər və Ağdamın kəndlərini atəşə tutdu: ölən və yaralanan var - VİDEO

Erməni silahlı bölmələrinin cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində bir nəfər sakin həlak olub, biri isə yaralanıb
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, ermənilərin ötən gecə ağır artilleriyadan açdığı atəş nəticəsində Tərtərin Qarağacı kəndində məskunlaşmış məcburi köçkün Cəlal Rəhimovun yaşadığı evə mərmi düşüb. Nəticədə Cəlal Rəhimov həlak olub, onun oğlu Orxan Rəhimov isə ayaqlarını itirib.

Kənd sakinləri hadisəni belə xatırlayır: "Atışma haradasa saat 4-ün yarısında başladı. Bizim tərəfə atılan mərmilərdən bir həyətə düşdü, səhər saat 6 olardı. Haradasa təxminən 8-10 mərmi atdılar. 2 mərmi həyətə düşdü. Qalanı da ki, başqa yerlərə düşüb. Qarşılıqlı atışma idi. Cavab atəşlərini eşidirdik. Yəni özünüz də eşidirsiniz ki, ön cəbhə də hələ də atışma gedir".

Ağdam rayonunun Baharlı kənd sakini Niyaməddin İbadullayev isə deyib ki, atışma qəfildən başlayıb: "Evimizdə idik, bir də gördük ki, möhkəm səslər gəldi. Gəldik gördük ki, Muxtar müəllimin evinə düşüb. Minomyot idi, deyəsən. Gecə saat 4-dən çox atdılar. Amma əsas səhərə yaxın 6-nın yarısından başladılar. Divizionu vurdular, sonra da bura atdılar".

Xatırladaq ki, Ağdamın Baharlı qəsəbəsində icra nümayəndəsinin müavini Muxtar Məmmədovun evinə mərmi düşüb, xəsarət alan yoxdur.


Xəbəri paylaş

7898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___