Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İndi bu ocaqda Yusif Ağanın böyük oğlu Seyid Hüseyn əyləşib
Tarix: 01-04-2016 | Saat: 18:04
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz TV / İbadət | çapa göndər

Sənə inanıram, etibar edirəm oğul, göydə Allahı, yerdə xalqı, camaatı tanı, hörmət, ehtiram elə"

İndi bu ocaqda Yusif Ağanın böyük oğlu Seyid Hüseyn əyləşib
Qədim və gözəl Bərdədə müqəddəs bir ocaq var. Azərbaycanda çoxlarının yaxşı tanıdığı, sonsuz ümidlə, böyük ehtiramla üz tutduğu Seyid Yusif Ağa ocağı. Bir neçə ildən çoxdur ki, təbəssümlü çöhrəsindən həmişə nur süzülən Seyid Yusif Ağa haqq dünyasına qovuşub.
Seyid Yusif Ağa cismən bu dünyada yoxdur. Amma el-obanın bu ocağa olan inamı, ümidi, məhəbbəti, istəyi bir zərrə də azalmayıb, öləziməyib. Şükürlər olsun böyük Yaradanın məsləhətinə ki, bu müqəddəs ocağın istisini, hənirini azaltmağa qıymayıb. İndi bu ocaqda Yusif Ağanın böyük oğlu Seyid Hüseyn əyləşib. Təbii ki, varislik Seyid Yusif Ağanın uca tutulan vəsiyyətinin gerçəkləşməsidir. Seyid Hüseyn söhbət edir ki, yuxusunu görmüşdüm, Ağdamın işğal ediləcəyini bir il əvvəldən bilirdim. Köç vaxtının yetişdiyi Ağdama da xeyli əvvəl agah idi. Qəbrinin yerini də özü seçmişdi. Son günlərini yaşayırdı. Bir gün məni yanına çağırdı. Dedi: "Sözlərimə diqqətlə qulaq as, dediklərimi yadında yaxşı saxla. Vədə yetişib, mən gedirəm. Amma nigaran deyiləm. Nəsli-kökü yığ başına. Böyük oğlumsan, ağsaqqallığı sənə etibar edirəm. El-obanı ümidsiz qoyma. Sağ olsun hökumətinizi, neçə ildi etibar edib o boyda meşə idarəsinə böyüklüyü sənə tapşırıb. Məndən sonra o vəzifəni təhvil ver, qayıt gəl ocağa. Burda böyüklük elə. Seyidlik nəslində, kökündə var, ağsaqqallığını da mən verirəm. Sənə inanıram, etibar edirəm oğul, göydə Allahı, yerdə xalqı, camaatı tanı, hörmət, ehtiram elə".
Seyid Yusif Ağanın dediyi oldu. Çox keçimədi ki, dünyasını dəyişdi. Onun yasına el-oba sel kimi axırdı. Azərbaycanın hər yerindən qonaqlar gəlirdi. Seyid Yusif Ağaya hörmət, ehtiram məqamında adi kəndli də, böyük səlahiyyət sahibi olan dövlət və hökumət adamları da eyni nöqtədə birləşmişdilər. Zaman isə öz axarında idi. Yas mərasiminin yeddisi, qırxı arxada qaldı. Ocağa gəlib-gedənlərin sayı isə azalmırdı. Ziyarətçilər ocaqda Seyid Hüseyni tapmayanda saatlarla onun işdən qayıtmasını gözləyirdilər. Günün bir hissəsini meşə idarəsində, müəyyən hissəsini də ocaqda keçirən Seyid Hüseyn iki seçim arasında qalmışdı. Təbii ki, vəziyyət bu şəkildə çox davam edə bilməzdi, - ağasının vəsiyyəti, uzaqgörənliklə verdiyi qərar-işini təhvil ver, qayıt ocağa - tapşırığı danışıqsız icra olunmalıydı. Amma, eyni zamanda qaynar təbli şair olan Hüseyn müəllim üçün vurğunluqla bağlandığı işindən, təbiətin qiymətli incisi sayılan meşələrdən ayrılmaq da çətin idi. Ağasının vəsiyyətini yerinə yetirməmək isə mümkünsüz bir iş idi onun üçün. Nəhayət ki, ərizə yazıb işdən çıxdı. Həmin gün elə bil Bərdə meşə təsərrüfatı idarəsində matəm idi. Uzun illər rəhbərlik etdiyi, bir ailənin üzvləri kimi doğmalaşdığı kollektiv Hüseyn müəllimdən, sadə, mehriban və qayğıkeş bir rəhbərdən ayrılmaq istəmirdi. Bunun başqa bir səbəbi də vardı. Hüseyn müəllimin müdir işlədiyi illər ərzində onun adına, hörmət və nüfuzuna görə bu idarənin işçiləri heç bir kənar təzyiqlərə məruz qalmamış, incidilməmişdilər. İndi meşə idarəsinin işçiləri qovuşduqları bu rahatçılıqdan ayrılmaq istəmirdilər...
İki ali təhsilə - filoloq və iqtisadçı ixtisaslarına malik Hüseyn Abbasov bir ailənin deyil, bütöv bir elin əzizi olan atası Seyid Yusif Ağanın vəsiyyətini hər şeydən üstün tutdu. Artıq xeyli vaxtdı ki, doğma ocağa bağlanıb. Söz düşəndə atasının vəsiyyətinə haqq qazandırır. Deyir ki, Ağam məni yaxşı tanıyırdı. Meşə idarəsinə bəlkə başqa birisi məndən də yaxşı rəhbərlik edə bilər. Amma bu müqəddəs ocağa el-obanın sahibsiz istəyini, ümid və inamını qoruyub saxlamaq üçün mən hər gün burada olmalıyam, ziyarətçiləri ehtiramla qəbul etməliyəm, naümid qaytarmamalıyam. Əgər bütün bunlara nail ola bilərəmsə, mənim üçün atamın həyatda hər şeydən əziz olan ruhu şad olar, mən də bir övlad kimi mənəvi rahatlıq taparam.
Bu yaxınlarda Seyid Yusif Ağanın ocağını növbəti dəfə ziyarət etdik. Yusif Ağanın yoxluğu təbii ki, bu ziyarətə kövrək və qəmli notlar vermişdi. Axtardığını - özü boyda nur mücəssəməsi olan Seyid Yusif Ağanı tapmayan baxışlar ömür deyilən karvan yolunun sonsuzluğuna dikilir, bu məchulluqda ağır bir sükutla, özü də nə axtardığını bilmədən dağı arana, aranı dağa köçürürdü. Yol çəkən nəmli gözlər isə Seyid Yusif Ağanın qəbri üstündə milli memarlıq üslubunda ucaldılmış əzəmətli türbəyə ilişib qalır. Öyrənirik ki, türbəni bu ocağa böyük ehtiramı olan Ağalar Vəliyev tikdirib. Çoxlarının ürəyindən keçən bu müqəddəs istəyi gerçəkləşdirdiyinə görə xeyirxah əməl sahibinə qəlbimizdə minnətdarlıq hissi baş qaldırdı.
Həmin gün ziyarətgahda çoxlu adam vardı. Qurban kəsənlər də az deyildi.

Seyid Yusif Ağanın nəvəsi Abbasov Şəfai Hüseyn oğlu haqqında gələn sayımızda maraqlı məqaləmiz olacaq...


Xəbəri paylaş

6 8098 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___