Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Ərdoğanı Amerikada coşğu ilə qarşıladılar – FOTO
Tarix: 30-03-2016 | Saat: 12:07
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Ərdoğanı Amerikada coşğu ilə qarşıladılar – FOTO
Türkiyə prezidenti Sammitdə iştirak edəcək.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Nüvə təhlükəsizliyi üzrə Sammitdə iştirak etmək üçün Vaşinqtona gəlib.

"Xəbəraz.az " “Anadolu”ya istinadən xəbər verir ki, Vaşinqton aeroportunda prezident Ərdoğanı Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu, Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç və digər rəsmi şəxslər qarşılayıb.

Prezident Ərdoğan Endryu aeroportundan “St. Regis” mehmanxanasına yola düşüb.

Otel qarşısında Ərdoğanı ABŞ-dakı türk diasporunun nümayəndələri milli bayraqlarla qarşılayıblar.

Agentlik yazır ki, otelə gedərkən yerli türklər “Güvenilir lider hoş geldin” və “Milletin adamı” yazılmış plakatlarla və digər şüarlarla qarşılayıblar.

Türkiyə prezidenti otelin qarşısında jurnalistlərlə görüşüb. O qeyd edib ki, ABŞ-da olduğu zaman ərzində Nüvə təhlükəsizliyi üzrə Sammitdə və Türk-Amerika mədəniyyət mərkəzinin açılışında iştirak edəcək.

Rəcəb Tayyib Ərdoğanı ABŞ-a səfərində həyat yoldaşı Əminə Ərdoğan, energetika və təbii sərvətlər naziri Berat Albayrak, Ailə məsələləri və sosial siyasət üzrə nazir Səma Ramazanoğlu, gənclər və idman naziri Akif Çaqatay və iqtisadiyyat naziir Mustafa Elitaş müşayiət edirlər.

Xatırladaq ki, prezident Ərdoğan 31 mart-1 aprel tarixlərində Vaşinqtonda keçirilən Nüvə təhükəsizliyi üzrə Sammitdə iştirak edəcək.

Xəbəri paylaş

5968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___