Fuad Qəhrəmanlının vəsatətləri təmin edilmədi
Tarix: 26-03-2016 | Saat: 20:01
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
İstintaq vəsatətləri məqbul saymayıb.
Nardaran hadisələrində dövlət əleyhinə çağırışlarda təqsirləndirilərək həbs edilən, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının Baş Prokuror yanında Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi iki vəsatət təmin edilməyib.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə Trend-ə F.Qəhrəmanlının vəkili Fəxrəddin Mehdiyev məlumat verib.
Vəkil bildirib ki, vəsatətlər istintaqın yekunlaşması və F.Qəhrəmanlının mobil telefonu və şəxsi komputerinin ailəsinə qaytarılması ilə bağlıdır:
“Biz Fuad Qəhrəmanlının barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilməsi və o həbs edilən vaxt evindən götürülən komputer və şəxsi mobil telefonunun ailəsinə qaytarılması barədə vəsatət vermişdik. İstintaq isə vəsatətləri məqbul saymayıb və rədd edib. Rədd qərarından Baş Prokurorluğa və aidiyyəti məhkəmə orqanına şükayət veriləcək” .
F.Qəhrəmanlının səhhəti və saxlanma şəraitindən narazılığının olmadığını deyən vəkil bildirib ki, müvəkkili özünü normal hiss edir.
Qeyd edək ki, F.Qəhrəmanlı barəsində Cinayət Məsəlləsinin 281.1-ci (hakimiyyətin zorla ələ keçirilməsinə, zorla saxlanılmasına və ya Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar etmə, habelə bu cür məzmunlu materialları yayma) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması - zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
F.Qəhrəmanlı isə bu ittihamlarla razılaşmayaraq sosial şəbəkələrdə tənqidi fikirlər səsləndirdiyini deyib.
Xəbəri paylaş
5718 dəfə oxunub.
Digər xəbərlər

23-07-2021, 11:19
Ölüm xəbəri yayılan Nəcməddin Sadıqov DANIŞDI
4-01-2017, 16:40
Şəmkirdə toy vaya döndü: 4 yaralı
8-01-2016, 21:57
"Kedicik" elə pozada şəkillər paylaşdı ki... - FOTO
11-10-2017, 10:35
Messi Argentinanı 3 qolla mundiala daşıdı - VİDEO
28-06-2016, 15:40
Psixoloqdan HƏYƏCAN TƏBİLİ: “Uşaqlarınızın məhrəm yerlərinə toxunmayın”
8-05-2022, 12:17
“SSRİ 70 il bizim vətənimiz olub, məktəblərdə buna normal baxmaq lazımdır” - Nəzakət Məmmədova
7-11-2023, 15:45
"WhatsApp"da yeni funksiyalar tətbiq edildi
22-06-2018, 21:00
Türk aviasiyası İraqı vurdu: 24 ölü
8-04-2015, 14:17
Dənizdən maraqlı HEYVAN ÇIXDI