Şəhidin babası əsgərin göz yaşını sildi: "Ağlama, düşməni sevindirmə" - FOTO
Tarix: 26-03-2016 | Saat: 19:16
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Türkiyənin Şırnaq vilayətində kürdlərin terrorçu PKK təşkilatına qarşı əməliyyatda şəhid olmuş polis əməkdaşı, 23 yaşlı Osman Belkaya dəfn olunub.
Şəhid polis doğulduğu məkanda, Yozqatın Şefaaltı rayonunda torpağa verilib.
Şefaaltıdakı Cumhuriyyət Meydanındakı Çarşı Məscidindəki dəfn mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, nazirlər, dövlət rəsmiləri və millət vəkilləri ilə bahəm, 5 min nəfər qatılmışdı.
Şəhidin Türkiyə bayrağına sarılmış tabunu məscidin qarşısına çıxarılanda onun atası Yakub Belkaya oğlunun fotosunu tutaraq tabutunun qarşısında gedib. Şəhid anası Afet göz yaşları içində deyib: "Məni şəhid anası etdin. Son dəfə gələndə "Sizə sürprizim var" deyirdin. Bu idimi sürprizin sənin, bala?! Sənə doya bilmədim, verə bilmərəm səni qara torpağa". Oğlunun tabunun qucaqlayan ana hıçqıraraq söyləyib: "Oğlum üşüyür, balama soyuqdur. Məni də onun yanına qoyun... Nə olar, yalvarıram sizə... Ona sarılar, isidərəm balamı..."
4 övlad atası, polis zabiti Yakup Belkaya "Oğul, ürəyi yandırıb gedirsən, oğul!" deyərək nalə çəkib.
Şəhidin bacısı Kafiye polis paltarı geyinmişdi və o, qardaşının tabutuna sarılıb. Digər bacılar Serap və İrem də az sonra Kafiyeye qatılıblar.
Şəhidin babası Abdulla Onar tabutun yanında sayğı növbəsində durmuş polisin kövrələrək ağladığıın görəndə yerindən durub, ona yaxınlaşıb və polisin göz yaşlarını silərək söyləyib: "Ağlama, oğul, düşməni sevindirmə. Biz qürurluyuq..."
Xəbəri paylaş
7658 dəfə oxunub.
Digər xəbərlər

29-10-2015, 15:55
Bakıda yeni idman kompleksləri tikiləcək
12-03-2015, 00:05
Nurgül Yeşilçaydan cəsarətli– FOTO
23-12-2015, 16:00
Müslümovun Mingəçevirdəki nümayəndəsi haqqında - RÜŞVƏT İDDİASI
29-03-2017, 13:22
11 ildən sonra gözlənilən ilk transfer
3-04-2019, 05:56
Bacısının lüt şəkillərini görən qardaşdan dəhşətli əməl – TƏFƏRRÜAT
30-10-2018, 14:52
Nazirlik XƏBƏRDARLIQ ETDİ:Temperatur 5 dərəcə aşağı enəcək, QAR YAĞACAQ
31-03-2017, 10:15
Azərbaycanda təhsillə bağlı yeni qanun layihəsi hazırlanır
5-12-2016, 15:07
Qalmaqallı Nazın yeni fotoları
18-12-2017, 10:37
Prezident İlham Əliyevin iştirakı ilə ilin idman yekunlarına həsr olunmuş mərasim keçirilir