Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib
Tarix: 25-03-2016 | Saat: 19:14
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib
Görkəmli kino xadimi, xalq artisti, Prezident təqaüdçüsü, kinorejissor Tofiq İsmayılov dünyasını dəyişib.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildirilib ki, T.İsmayılov uzun sürən ağır xəstəlikdən sonra martın 25-də dünyasını dəyişib.

Tofiq İsmayılov 1939-cu il aprelin 6-da Bakı şəhərində anadan olub. Teatr İnstitutunun aktyorluq, sonra rejissorluq fakültəsində, Moskvada kinorejissor və kinossenaristlərin iki illik ali kurslarında təhsil alıb. Əmək fəaliyyətinə orta məktəbdə oxuyarkən Gənc Tamaçılar Teatrında aktyorluqdan başlayıb. 1960-cı ildən Radio və Televiziya Verilişləri Komitəsində rejissor, 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında bədii fılmlərin quruluşçu rejissoru vəzifəsində işləyib. Uzun illər ərzində onlarla bədii filmlərə quruluş verib. O, milli dəyərlərə xüsusi diqqət yetirildiyi, tamaşaçıların rəğbətlə qarşıladıqları “Mən nəğmə bəstələyirəm”, “Bizim küçənin oğlanları”, “Gilas ağacı”, “Oxuyur Müslüm Maqomayev”, “Əzablı yollar”, “Musiqi müəllimi”, “Vulkana doğru” kimi filmlərin rejissorudur.

Rejissor 2007-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyib. 25 il davam edən "Sənətkarlığımızın portreti" bədii-sənədli filmlər silsiləsi üzərində çalışıb. Bu sıradan Tofiq Quliyev, Gülxar Həsənova, Əminə Dilbazi, Xəyyam Mirzəzadə, Müslüm Maqomayev və digər mədəniyyət xadimlərinə həsr olunan filmləri qeyd etmək olar. O, “Türk xalqlarının kino tarixi” üç cildlik əsərinin, onlarla elmi-publisistik məqalənin müəllifidir. Tofiq İsmayılov uşaqlar üçün pyeslər, hekayələr kitablar dərc etdirib. Əsərləri xarici ölkələrdə nəşr olunub.


Xəbəri paylaş

5478 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___