Jirinovski: "Ermənilər müharibəyə hazırlaşsın, Putin dəstək verəcək"
Tarix: 18-03-2016 | Saat: 12:26
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
"Ermənilər öz torpaqlarını geri qaytarmaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə etməlidir".
"Xəbəraz.az "-in məlumatına görə, bu barədə Rusiyanın Liberal-Demokratik Partiyasının sədri Vladimir Jirinovski bildirib. Onun sözlərinə görə, kürdlər kimi ermənilərdə silahla öz torpaq iddiaları uğrunda döyüşməlidir:
"Qoy ermənilər qərar versinlər. Kürdlər dövlət yaradılması üçün görün necə vuruşurlar? Əllərində silahla döyüşlər aparırlar. Ermənilər isə öz torpaqlarını geri almaq üçün diplomatik, iqtisadi, siyasi vasitələrdən istifadə edir. Ancaq görünür yekunda ermənilərə silah yolu ilə torpaqlarını qaytarmaq lazım gələcək", - deyə Jirinovski söyləyib.
Rusiyanın Liberal-Demokratik Partiyasının başçısı Türkiyəyə qarşı sərt mövqeyini də açıqlayıb: "Ermənilər, kürdlər, yunanlar, bolqarlar və suriyalılar Türkiyəyə düşmən olub. Onlar hamısı Türkiyəyə nifrət edirlər. Türkiyə rəqiblər tərəfindən mühasirəyə alınıb: qərbdə — bolqarlar və yunanlar, şərqdə — ermənilər və kürdlər, cənubda — Suriya. Türkiyənin sonudur! Amma bu beş ildən sonra olacaq, on ildən sonra bunu dəqiq bilmirəm. Türkiyə onsuz da dağılacaq və regionda heç bir rol oynamayacaq. Amma Rusiyanın Liberal-Demokratik Partiyasının konkret mövqeyi müstəqil kürd dövlətini dəstəkləməkdir. Kürdlər Türkiyədə, Suriyada, İranda və İraqda yaşayırlar və onların sayı 40 milyondan çoxdur".
Xəbəri paylaş
8528 dəfə oxunub.
Digər xəbərlər

13-02-2017, 21:55
Sofya'nın kralı Dimitrov
29-06-2020, 20:38
Tanınmış aktyor vəfat etdi
2-04-2016, 13:13
Tutulan İŞİD-çi: “Özümü partlatsaydım, Paris...”
6-09-2022, 12:29
Bu gün leysan olacaq - Xəbərdarlıq
20-03-2021, 09:44
Ölkədə ictimai nəqliyyat 9 gün işləməyəcək
28-11-2021, 13:50
Türkiyədə qəza: 22 yaralı
5-10-2021, 09:56
Cavanşir Quliyev: "Ailələrin dağılmasında kişilər günahkardır!"
6-08-2018, 19:04
Dünyanın ən iyrənc qoxuları açıqlandı - SİYAHI - FOTO
10-04-2021, 12:25
"Bandotdel"dən ƏMƏLİYYAT: Həbs edilənlər var - VİDEO
20-06-2022, 10:51
Ukrayna savaşının nə vaxt və necə sona çatacağı elan edildi: Dünya üçün ən qorxunc ssenari reallaşır