Səlim Müslümovdan yeni təyinat
Tarix: 14-04-2015 | Saat: 16:19
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
ƏƏSMN məlumat yaydı.
Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin əmrinə əsasən, İlqar Qəmbər oğlu Qurbanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə rəis təyin olunub.
Bu barədə Oxu.Az-a nazirlikdən məlumat verilib.
Nazirliyin məlumatına görə, İlqar Qurbanov əmək fəaliyyətinə 1981-ci ildə başlayıb. Həmin vaxtdan etibarən Musa Nağıyev adına 1 saylı klinik xəstəxanada, Təcili Tibbi yardım Klinik Xəstəxanasında, Respublika Gigiyena və Epidemiologiya Mərkəzində, Bakı Sağlamlıq Mərkəzində, Həmkarlar İttifaqı Respublika Komitəsində, habelə ədliyyə sistemində, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (2007-2010-cu illərdə Respublika Əlillərin Reabilitasiya Mərkəzində baş həkim müavini) və digər qurumlarda həkim kimi müxtəlif vəzifələrdə işləyib.
İ.Qurbanov 2014-cü ilin yanvarından hazırkı vəzifəsinə qədər ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzinin baş həkimi vəzifəsində çalışıb.
Xatırladaq ki, ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti Azərbaycan Prezidentinin 16 mart 2015-ci il tarixli Fərmanına əsasən yaradılıb. Xidmətin yaradılmasında məqsəd əhaliyə göstərilən tibbi-sosial ekspertiza və reabilitasiya xidmətinin təkmilləşdirilməsi, əlilliyin müəyyən olunması və tibbi-sosial reabilitasiya sahəsində idarəetmə mexanizminin çevik və səmərəli təşkilinin təmin olunmasıdır.
Yeni xidmət özünün Mərkəzi Aparatından, 38 TSEK-dən, 11 əlillərin bərpa mərkəzindən və Bakı Protez Ortopedik Mərkəzi və onun Gəncə filialından ibarət olacaq.
Xəbəri paylaş
6538 dəfə oxunub.
Digər xəbərlər

27-11-2018, 17:05
“Lifttəmir”in baş direktoru: “Kim qapı-qapı düşüb liftpulu yığsa, işdən azad olunacaq”
5-01-2017, 21:36
Bu polis Türkiyəni qətliamdan xilas etdi - Foto
10-11-2016, 00:47
İran mediası ilə əlaqələrimiz... - MŞ sədri
16-04-2016, 20:27
Ermənilərin işgəncə xəbərinə BQXK-dən reaksiya
16-05-2017, 19:25
Afaq Məlikova "Şərəf" ordeni ilə təltif edildi
10-02-2021, 15:35
“Sofiya” şadlıq sarayının sahibi ZORBALIQ EDİR... - GİLEY
3-03-2018, 20:19
Bayram yarmarkaları fəaliyyətə başlayıb
26-04-2015, 12:31
Zaqatalada 49 yaşlı ana özünü öldürdü
14-09-2016, 10:26
"26 SENTYABR İLHAM ƏLIYEVIN ƏTRAFINDA SIX BIRLƏŞIB DƏSTƏK OLACAĞIQ"
23-02-2017, 21:58
“Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edildi