Gürcü qubernator Azərbaycandan üzr istədi
Tarix: 07-03-2016 | Saat: 21:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Kvemo Kartli qubernatoru Paata Xizanaşvili martın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və Kvemo Kartlinin qubernator administrasiyası arasında bağlanmış əməkdaşlıq memorandumu zamanı Azərbaycan bayrağının masanın üzərinə qoyulması protokolunun pozulmasına görə üzr istəyib.
"Report" xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevə göndərilmiş məktubda bildirilir.
"Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Gürcüstanda həyata keçirdiyi bütün irihəcmli layihələri yüksək qiymətləndiririk və əminik ki, ölkələrimiz arasındakı əməkdaşlıq genişlənəcək və dərinləşəcək", - deyə P.Xizanaşvilinin məktubunda deyilir.
Qubernator, həmçinin bu təsadüfi səhvin Azərbaycan və Gürcüstan xalqları arasında çoxillik qardaşlıq münasibətlərinə kölgə salmayacağına ümid etdiklərini də bildirib.
P.Xizanaşvili səhvə yol vermiş əməkdaşların artıq müvafiq cəza aldıqlarını da qeyd edib.
Qeyd edək ki, memorandumun imzalanması zamanı Azərbaycan bayrağı tərsinə qoyulub.
Xəbəri paylaş
5928 dəfə oxunub.
Digər xəbərlər

28-06-2015, 18:04
Rusiya hakimiyyətinə tualet kağızı ilə dəstək (FOTO)
4-05-2021, 20:03
Aslan Hüseynov Gəncədə dəfn OLUNDU
23-08-2015, 01:01
PKK-lı tərəfdaş geyimsiz aksiya keçirtdi- FOTO
31-08-2022, 12:39
“QOCALAR EVI”NDƏ ÖLƏNLƏR YUYULMADAN BASDIRILIR – SAMIRƏ MEHDIYEVA MÜRDƏŞIRIN DƏ PULUNU YEYIR
7-03-2017, 10:24
Tutulmuş azərbaycanlı nazirə 2 aylıq həbs
8-12-2015, 10:34
İndoneziyada dəhşətli qəza - Cəsədlər bu hala düşdü... - VİDEO
1-05-2016, 01:22
İcra Hakimiyyətindən komandirin evinin sökülməsinə - Reaksiya