Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb
Tarix: 14-04-2015 | Saat: 15:03
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb
Qalmaqallı açıqlamalar…

Xoşqədəm Hidayətqızı ATV kanalının əməkdaşlarını bu gün keçirdiyi mətbuat konfransına buraxmayıb.

Xeberaz.az lent.az-a istinadla xəbər verir ki, o, adıçəkilən kanalın əməkdaşlarını mətbuat konfransdan qovub. X. Hidayətqızı ATV əməkdaşlarının keçirdiyi mətbuat konfransında görmək istəmədiyini bildirib.

O, “Azad Azərbaycan” dan gələn jurnalist Vüqar Vüqarlı ilə görüşüb:

“Vüqar, sən mənim dostumsan. Amma sizi bura kim çağırdı? Mən bu ATV-nin burda olmasını istəmirəm. Sadəcə çox az sayda jurnalisti dəvət eləmişəm”.

Xoşqədəmin sözlərinə V.Vüqarlı belə cavab verib:

“Saytdan oxuyub, gəlmişəm. İndi nə edək? Çıxaq gedək?”.

Daha sonra X.Hidayətqızı ilə söhbətləşən ATV-nin əməkdaşı və çəkiliş heyəti mətbuat konfransını tərk edib.

Daha sonra aparıcı ATV-nin əməkdaşını mətbuat konfransından qovmasına aydınlıq gətirib: “Mən onları qovmamışam. Sadəcə onlara dedim ki, 2 saat sonra gəlin, sizə ayrıca müsahibə verəcəm”.

O, son günlər mediada “Səni axtarıram” verilişi ilə bağlı yayılan söz-söhbətlərə aydınlıq gətirib:

“Haqqımda yazılan böhtanlar mənim üçün çox çətindir. Beş il əvvəl bu layihə ilə telekanallara üz tutdum. Amma yalnız doğma kanalım qapılarını üzümə açdı. Hər şeyin əvvəli olduğu kimi, sonu da olmalıdır. Bu müddət ərzində susmağım reklam kimi qəbul edildi. Bu layihə müqəddəsdir. İlk dəfə başlayanda çoxları ələ saldılar. Mən beş il ərzində savaşdım. Gördüyünüz bu şəhadətnamə verilişin müəllif hüquqlarını aldığımı göstərən sənəddir. Yalan danışmağı sevmirəm.

Məcburam hər şeyi olduğu kimi açıqlayam. Yanvarda ATV-nin prezidenti Vüqar Qaradağlı ilə görüş oldu. Dəfələrlə ATV-dən getmək istəmişəm. Məni ANS-dən çağırırdılar. Vüqar Qaradağlı dedi ki, Xoşqədəm, verilişi efirdən götürmək istəyirəm. Soruşdum niyə? Dedim, bu layihəni birdən bağlamaq zərbə olacaq. Həm də səhhətimdə problem olmuşdu.

Söylədim ki, heç olmasa, mövsüm başa çatsın. Amma aprelin əvvəlində Vüqar Qaradağlı yenidən dedi ki, axtarış tipli verilişlər daha olmayacaq. Bundan sonra ANS-dən gələn təklifi dəyərləndirdim. Ona bu verilişi başqa kanalda yayımlayacağımı bildirdim. Mənə dedi ki, sənə sənəd verməyəcəm. Get verilişi yarat, söz verirəm ki, ATV-də bu tipli proqram olmayacaq.

Doğuşla mənə Türkiyədən təklif gəldi. Amma mən “yox” dedim. Bu verilişdən mənə 50 faiz gəlir gəlməli idi. Bu illər ərzində heç bir pul ala bilmədim. Heç verilişin sonunda adım da qeyd olunmurdu. ATV-dən sakit çıxıb gedəcəkdim, amma danışmağa məcbur qaldım. Beş il ərzində reytinqdə birinci olmuşuq.

Bəlkə də başqa verilişlər “Səni axtarıram”dan daha çox gəlir gətirir. Belə olan halda sənədi niyə təqdim etmir? Bu, mənə maraqlıdır. ANS-ə öz komandamla gedirəm.

Mənə dedilər ki, Xoşqədəm xanım, siz harada olacaqsınızsa, biz də oradayıq. Atam vəzifədə çalışmasına baxmayaraq, biz kasıb ailə olmuşuq. Həmişə mənə deyirdi ki, sözünə sadiq qal, haram pul yemə. Verilişin formatında dəyişiklik olacaq. Onsuz da dekorasiyanı dəyişmək istəyirdim.

Mənə yanvarda söz verdilər, amma alınmadı. Hələ də ATV-dən verilişin sənədini ala bilmirəm. Əgər bu layihə kanala lazım deyilsə, deməli, mənim haqqımdır. Biz “Səni axtarıram”ı beş illik fikirləşmişdik. Sonra dedim, niyə uzunömürlü olmasın? ATV mənim ata yurdumdur, doğmamdır. Bunlar öz yerində... Bu layihəni hər bir ölkədə yaratmaq olar. Amma Azərbaycanda yalnız mənə məxsusdur”.

X.Hidayətqızı ATV-nin prezidenti olmaq istəyi ilə bağlı iddialara da münasibət bildirib:

“Mən vəzifə adamı deyiləm. ATV-nin prezidenti olmaq iddiasında olsam, bunu heç kimin yanında demərəm. Hər deyilən sözə inanmayın, vəzifə mənlik deyil. Mən reportyoram. Rəhbərliyə deyirdim ki, məni Suriyaya döyüş bölgəsinə göndərin. Kresloda oturmaq mənlik deyil. Telekanalla narahatçılığım yoxdur. Sadəcə, rəhbərliklə sözüm düz gəlmədi. Əgər nə vaxtsa yenidən çağırsalar, qayıdaram. ANS-ə özümlə qalmaqal aparmaq istəmirəm”.




Xəbəri paylaş

7348 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___