Səbail gəncləri “Ağ ölümə” yox deyir!
Tarix: 03-03-2016 | Saat: 15:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Səbail gəncləri “Ağ ölümə” yox deyir!” mövzusunda növbəti tədbir paytaxtın mərkəzindəki 132-134 saylı Təhsil Kompleksinin akt zalında keçirilib. İcra hakimiyyətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə bildirilib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması, onların sağlam böyüməsində ən mühüm amillərdən biridir. Tədbiri Səbail rayon İcra Hakimiyyəti Başçısının müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Səbail rayon komissiyasının sədri Eldar Ağayev açaraq qeyd edib ki, bəşəriyyətin gələcəyi üçün ən dəhşətli bəla olan narkomaniyaya qarşı mübarizədə yalnız dövlətin deyil, eləcə də cəmiyyətin hər bir üzvünün fəal rol oynaması çox zəruridir.
Prezident İlham Əliyev narkomanlıqla mübarizədə müsbət nəticələrin əldə edilməsi məqsədilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı”nı təsdiq edib. Həmçinin narkomaniyanın heç bir yaş sərhəddi tanımayaraq cavanlaşmasını genefond üçün mühüm təhlükə olaraq bu qəbildən olan tədbirlərin keçirilməsində məqsədin cəmiyyətdə narkomaniya probleminin müzakirəsi və bu problemlə mübarizənin daha səmərəli yollarının araşdırılmasından ibarət olduğunu vurğulayıb.
Daha sonra tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun nümayəndəsi Şahin İsmayılov, Səbail rayon Polis İdarəsinin rəis müavini, polis polkovniki Sadiq Mədətov və digər çıxışçılar ölkənin hər yerində narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğat, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələr qoyduğunu qeyd ediblər. Bildirilib ki, Səbail rayon Polis İdarəsi əməkdaşları tərəfindən 2015-ci il ərzində həyata keçirilmiş əməliyyat- axtarış tədbirləri nəticəsində rayon ərazisində ümumilikdə aşkar olunmuş faktların sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 93-dən 57-ədək azalıb. Aşkar edilmiş faktlar üzrə 13 kq 480 qram narkotik maddə götürülərək qanunsuz dövriyyədən çıxarılıb.
Xəbəri paylaş
6898 dəfə oxunub.
Digər xəbərlər

17-05-2019, 14:17
"Emin 444"ün qətli böyük qan davasına çevrilə bilər - Yeni faktlar
26-11-2021, 10:45
Sumqayıt Tibb Kollecinin direktoru, Səttar Mehbalıyevin qohumu Rəfael Eyvazovun əməlləri.. - Rəfael Eyvazovun “ölü canlar”ı...
28-12-2021, 08:31
"Altın kelebek"dəki ifadəsinə görə 2 milyon qazanacaq
3-08-2017, 09:19
Bakı metrosunun sabiq rəisi vəfat etdi
16-06-2015, 13:25
Dəhşətli proqnoz: cəhənnəm istiləri gəlir (FOTO)
17-01-2018, 17:09
Azərbaycanda təxminən 40 min ailə qurulub, 10 min ailə dağılıb .
13-02-2017, 13:57
"Atletiko"da gözlənilməz itki
12-08-2015, 20:11
Ramiz Mehdiyevin yeni kitabı çapdan çıxıb
9-12-2016, 17:08
Zaurun Günayından ŞAD XƏBƏR: "Yenidən..."