TQDK sədri: “Sıfır bal yığanların çoxu Azərbaycan bölməsindəndir”
Tarix: 28-02-2016 | Saat: 15:38
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
I-IV qruplar üzrə sonuncu qəbul imtahanlarında iştirak edən abituriyentlərin 40.2%-i (33 352 nəfər) imtahan verdikləri fənlərin ən azı birindən sıfır bal toplayıb. Sıfır bal toplayanların faizi I qrupda xarici dil, IV qrupda isə kimya fənləri üzrə daha yüksəkdir.
"Xəbəraz.az " ın məlumatına görə, bunu Trend-ə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.
Onun sözlərinə görə, imtahan fənlərindən sıfır bal toplayan abituriyentlər Azərbaycan bölməsində çoxluq təşkil edir. Bu bölmə üzrə I ixtisas qrupunda xarici dil, kimya və riyaziyyat, II və III qruplarda xarici dil və riyaziyyat, IV qrupda isə riyaziyyat, fizika və kimya fənlərindən sıfır bal toplayanlar daha çoxdur. Rus bölməsində daha çox sıfır bal I ixtisas qrupunda riyaziyyat və kimya, II qrupda Azərbaycan tarixi, III qrupda riyaziyyat və tarix, IV qrupda isə kimya, biologiya və riyaziyyat fənlərindəndir. Azərbaycan bölməsi üzrə III qrupda ədəbiyyat, II qrupda Azərbaycan tarixi, I qrupda ana dili fənləri üzrə, rus bölməsində isə III qrupda ana dili və ədəbiyyat, II qrupda ana dili, Azərbaycan tarixi və xarici dil fənləri üzrə sıfır bal toplayanların sayı ötən ildəkindən çoxdur.
TQDK sədri qeyd edib ki, builki qəbul imtahanlarında rus bölməsi abituriyentlərinin, Azərbaycan tarixi, tarix və coğrafiya fənləri istisna olmaqla, digər bütün fənlər üzrə göstəriciləri Azərbaycan bölməsi abituriyentlərinin göstəricilərindən yüksək olub. Belə üstünlük özünü ingilis dili fənni üzrə daha qabarıq şəkildə göstərib: "Bu seçmədə rus bölməsinin çox hazırlıqsız abituriyentləri iştirak etmir. Çünki onlar qəbul imtahanlarından əvvəl yalnız rus bölməsi üçün keçirilən Azərbaycan dili imtahanında qeyri-məqbul nəticə göstərdiklərinə görə qəbul imtahanlarına buraxılmayıblar. Müsabiqə şərtlərini ödəyərək ixtisas seçimində iştirak edən abituriyentlər seçməsi üzrə Azərbaycan və rus bölmələri abituriyentlərinin imtahan fənləri üzrə düzgün cavablarının müqayisəsi göstərir ki, burada artıq rus bölməsi abituriyentlərinin birtərəfli üstünlüyündən söhbət gedə bilməz. Əgər ədəbiyyat, ingilis dili (I, II və III qruplar üzrə), riyaziyyat və ingilis dili (V qrup) fənləri üzrə üstünlük rus bölməsi abituriyentlərinin tərəfindədirsə, ana dili, biologiya, kimya, coğrafiya, tarix və Azərbaycan tarixi fənləri üzrə üstünlük Azərbaycan bölməsindədir. Digər fənlər üzrə bölmələrin göstəriciləri arasında kəskin fərq yoxdur”.
Xəbəri paylaş
6528 dəfə oxunub.
Digər xəbərlər

15-11-2015, 00:55
Əzələsinə kişilərin həsəd apardığı idmançımız: “Xanım kimi də mükəmmələm” - FOTOLAR
24-03-2015, 13:15
Paytaxtın Bakıxanov küçəsində baş vermiş ağır yol qəzasının videosu yayılıb. - VİDEO
9-07-2015, 12:30
Sevginin səkkiz möcüzəsi +18
20-09-2015, 00:38
İki övladını atıb, üçüncünü uşaq evinə verən ana: “Öz həyatımı qurmaq istiyirəm” – HEKAYƏT
16-03-2017, 21:31
Valideynləri Mövludun dəfninə gəlmədi - Fotolar
10-05-2017, 14:25
FİFA Poqba transferini araşdırır
13-07-2019, 11:31
Əli Həsənov Heydər Əliyevdən YAZDI: Bəs nə üçün o vaxta qədər bu işlər görülməmişdi?
20-01-2019, 10:48
Prezident və birinci xanım şəhidləri yad etdilər
26-01-2017, 21:03
Trampdan Meksikaya xəbərdarlıq: Pulu ödəməsən...