Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Misir mətbuatı Xocalıdan yazdı
Tarix: 28-02-2016 | Saat: 15:31
Bölmə:M / Karusel / Dünya / Reportaj | çapa göndər

Misir mətbuatı Xocalıdan yazdı
Misirin “Əl-Cumhuriyyə” qəzetində Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar məqalə dərc edilib.

Məqalədə Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal olunması, bir milyondan çox insanın öz tarixi torpaqlarından çıxarılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tarixində baş vermiş ən ağır hadisənin Xocalı soyqırımı olması barədə ətraflı məlumat verilir.

Məqalədə bildirilir ki, Xocalı soyqırımını törətmiş ermənilər və onların havadarları “Cenevrə Konvensiyası”, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”, “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt” və “Qadın və uşaqların fövqəladə hallarda və silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə” kimi sənədlərin kobud şəkildə pozublar.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn normaları, xüsusən də Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında həllinin vacibliyi önə çəkilir, Ermənistandan məsuliyyətdən boyun qaçırmamaq tələb edilir, münaqişənin həllinin qonşu dövlətlər arasında yaxşı əlaqələrin, habelə regionda inkişafın gələcəyi üçün yeganə çıxış yolu olduğu vurğulanır.Axar.az


Xəbəri paylaş

6038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___