Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Pakistan prezidenti BDU-nun fəxri doktoru oldu
Tarix: 13-03-2015 | Saat: 15:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Pakistan prezidenti BDU-nun fəxri doktoru oldu
Məmnun Hüseyn məmnunluğunu ifadə edib.

Dövlət Universitetində (BDU) Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseynə BDU-nun Fəxri doktoru adının verilməsi münasibətilə tədbir keçirilib.

BDU-nun Mətbuat və informasiya şöbəsindən Xeberaz.az-a verilən məlumata görə, ali qonaq öncə universitetin Şərqşünaslıq fakültəsinin urdu ixtisasında təhsil alan tələbələri ilə görüşüb.

Tələbələr urdu dilində salamlama nitqi söyləyib, Azərbaycan-Pakistan əlaqələri, Pakistanın tarixi, mədəniyyəti, ədəbiyyatı ilə bağlı fikirlər, məşhur pakistanlı şair Allama İqbalın şeirlərini səsləndiriblər. Pakistan prezidenti tələbələrin çıxışından məmnun qalıb. Sonra o, Heydər Əliyev Muzeyi ilə tanış olub.

Bakı Dövlət Universiteti Elmi Şurasının 11 mart 2015-ci il tarixli iclasında Məmnun Hüseynə Bakı Dövlət Universitetinin Fəxri doktoru adının verilməsi haqqında qərarını elan edib. Məlum olub ki, ali qonaq “Dünyada sülhün qorunmasında, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində böyük roluna, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətlərinin daha da inkişafında əvəzsiz xidmətlərinə, elm və təhsilin tərəqqisinə verdiyi dəstəyə görə” BDU-nun Fəxri doktoru adına layiq görülüb.

Rektor Fəxri doktor diplomunu və mantiyanı ali qonağa təqdim edib.

Sonra Pakistan İslam Respublikasının prezidenti Məmnun Hüseyn çıxış edərək, BDU-nun Fəxri doktoru adına layiq görülməsindən məmnunluğunu ifadə edib, Azərbaycan-Pakistan münasibətlərindən danışıb və əlaqələrin hazırkı durumundan razılığını bildirib.


Xəbəri paylaş

7328 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___