Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Avropa Məhkəməsi Kəlbəcər girovlarının xeyrinə ola biləcək qərar qəbul etdi
Tarix: 25-02-2016 | Saat: 17:03
Bölmə:M / Karusel / Dünya / Qarabağdan xəbər var | çapa göndər

Avropa Məhkəməsi Kəlbəcər girovlarının xeyrinə ola biləcək qərar qəbul etdi
“Belə mövqe ex injuria jus non oritur prinsipinə də uyğundur”.

Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatası Mozer Moldova və Rusiyaya qarşı (Mozer v. the Republic of Moldova and Russia [GC], no. 11138/10) iş üzrə qərarını elan edib.

İş üzrə şikayətçi 1991-ci ildə müstəqilliyini elan edən, amma beynəlxalq birlik tərəfindən tanınmayan “Dnestryanı Moldova Respublikası”nda “Tiraspol Xalq Məhkəməsi” tərəfindən məhkum edilmiş Moldova vətəndaşı Boris Mozerdir.

Şikayətçi bir sıra digər şikayətləri ilə birlikdə həmçinin onun “Dnestryanı Moldova Respublikası” rəsmiləri tərəfindən həbs və məhkum edilməsini qanunsuz hesab edirdi.

Qərarda qeyd edilib ki, ərizəçinin həbsinə qərar vermiş “Dnestryanı Məhkəmələri” İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına uyğun olan ədalət mühakiməsi ənənələrinə cavab verən hüquqi və konstitusional əsaslarla fəaliyyət göstərən məhkəmə sisteminin tərkib hissəsi hesab edilə bilməz. Bu səbəbdən “Dnestryanı Məhkəmələri” qanunsuz məhkəmələrdir.

Məhkəmə ərizəçinin hüquqlarının pozulmasında Dnestryanı əraziyə effektiv nəzarəti həyata keçirən Rusiyanı təqsirli hesab etmişdir.

Hüquqşünas Oktay Məhərrəmovun Oxu.Az-a bildirdiyinə görə bu qərardakı mövqe şübhəsiz Şahbaz Quliyev və Dilqəm Əsgərovun “işinə” Dağlıq Qarabağ separatçı rejiminin qondarma “məhkəməsi” tərəfindən baxılmasına da şamil edilə bilər.

“Eynən yuxarıda qeyd edilən işdə olduğu kimi Kəlbəcər girovlarına “hökm” çıxarmış “məhkəmələr” də beynəlxalq birlik tərəfindən tanınmamış, beynəlxalq hüquqa əsasən qanunsuz olan qurum tərəfindən yaradılması səbəbindən bu “məhkəmələrin” Konvensiyaya uyğun məhkəmə ənənəsini əks etdirən konstitusion və ya hüquqi əsasda fəaliyyət göstərən sistemə mənsub olduğunu demək mümkün deyil. Bu “məhkəmələrin” həyata keçirdiyi “ədalət mühakiməsi” açıq-aydın qanunsuz xarakterə malikdir.

Azərbaycan Respublikası ərazisində yalnız milli qanunvericilik ilə təsis edilmiş məhkəmələri fəaliyyət göstərə bilərlər. Qanunla nəzərdə tutulmayan qaydada məhkəmələrin yaradılması qadağandır.

Belə mövqe ex injuria jus non oritur (latınca “hüquq ədalətsizlikdən törəyə bilməz”) prinsipinə də uyğundur. Hüquqa, o cümlədən beynəlxalq hüquqa zidd olan hərəkətlər yanlış davaranan şəxslər üçün hüquqi akt, hüququ mənbəyi qismində çıxış edə bilməz.

Şahbaz Quliyev və Dilqəm Əsgərovun qanunsuz mühakiməsinə görə isə Ermənistan dövləti məsuliyyət daşıyır.

Belə ki, Avropa Məhkəməsi Çıraqov və başqaları Ermənistana qarşı (Chiragov and Others v. Armenia [GC], no. 13216/05) işində qeyd etmişdir ki, “Dağlıq Qarabağ Respublikası” və onun administrasiyası Ermənistanın hərbi, siyasi, maliyyə və digər yardımı sayəsində yaşayır və nəticə etibarilə, Ermənistan Dağlıq Qarabağ və ətrafındakı ərazilər üzərində effektiv nəzarəti həyata keçirir və bu ərazidə Konvensiyanın pozulması halına görə məhz Ermənistan cavabdeh tutula bilər.

Məhkəmə bunu həm də onunla əsaslandırmışdır ki, Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin əvvəlindən “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malikdir, faktiki olaraq bütün mühüm məsələlərdə onlar arasında yüksək dərəcədə inteqrasiya mövcuddur və belə vəziyyətin bu günə qədər davam edir.

Bununla belə, Azərbaycan Respublikasının qondarma “DQR” ərazisində və “DQR məhkəmələri” üzərində effektiv nəzarəti real olaraq icra etmək imkanına malik olmasa da, Dağlıq Qarabağ və ətrafındakı ərazilər beynəlxalq hüquqa əsasən Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğundan dövlətimiz Şahbaz Quliyev və Dilqəm Əsgərovun hüquqlarının pozulmasının qarşısını almaq üçün bütün mümkün hüquqi və diplomatik alətlərdən istifadə etməlidir.

Bu baxımdan ölkə daxilində sözü gedən qanunsuzluqlara, qondarma məhkəmə prosesinin iştirakçılarının əməllərinə hüquqi qiymət verilməsi mühüm əhəmiyyət kəsb edir”, - deyə, hüquqşünas bildirib.


Xəbəri paylaş

7138 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___