Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlhamə Quliyevanın ölümü ilə bağlı – MÜƏMMA
Tarix: 25-02-2016 | Saat: 16:46
Bölmə:M / Karusel / Şou-Biznes | çapa göndər

İlhamə Quliyevanın ölümü ilə bağlı – MÜƏMMA
“Ölməyib, öldürülüb”.

Xalq artisti İlhamə Quliyevanın qəfil vəfatı müzakirələrə səbəb olub.

"Xəbəraz.az " -ın Qafqazinfoməlumatına görə, müğənninin yaxınları, sənət dostları onun ölümü ilə bağlı sui-qəsd versiyasını da irəli sürülüblər.

Belə ki, teleaparıcı və xalq artistinin yaxın dostu Elgiz Əkbər İlhamə Quliyevanın öz əcəli ilə ölməsinə şübhə etdiyini bildirib:

“İlhamə Quliyeva ölməyib, öldürülüb”.

Bununla bağlı daha bir iddianı isə primadonnanın rəfiqəsi, Lider TV-nin aparıcısı Lamiyə Ələkbərova səsləndirib:

“Dünən iki saat mənimlə dərdləşdi. Onda həyatsevər əhval-ruhiyyə var idi. Gecə 23:20-də mənə zəng vurub dedi ki, 8 Mart günü efirində qonaq olmaq istəyirəm. Studiyanı gül-çiçəklə bəzəyin. Köməkçisi dedi ki, halı anidən pisləşdi. Həkim gələnə kimi dərman verib, bu vaxtı özündən gedib. İlhamə xanımın öldürülməsi barədə dəqiq məlumat deyə bilmərəm”.

Qeyd olunur ki, xalq artistinin nəşi oğlu Orxanın təkidi ilə məhkəmə- tibbi ekspertizası üçün Mirqasımov adına Respublika Klinik Xəstəxanasına aparılıb.

Müğənni Əli Mirəliyev report.az açıqlamasında bildirib ki, ekspertiza İ.Quliyevanın ürək çatışmazlığından, yaxud zəhərlənmədən öldüyünə aydınlıq gətirəcək:

“İlhamə Quliyevanın nəşinin Pataloji Anatomiya Birliyinə ekspertizaya gətirilməsinə səbəb onun keçmiş köməkçisi Mehriban Hüseynova tərəfindən zəhərlənməsi ilə bağlı verdiyi açıqlama olub”.


Xəbəri paylaş

8928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___