Dövlət Avtomobil Nəqliyyatı Xidmətində Xocalı qurbanları yad edildi – FOTO
Tarix: 25-02-2016 | Saat: 16:34
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
“Dinc əhaliyə amansızlıqla divan tutuldu”.
Bu gün Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətində keçirilən tədbirdə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmış 26 Fevral - Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi ehtiramla yad edilib.
"Xəbəraz.az " xəbər verir ki, tədbirdə tariximizin ən qanlı hadisələrindən olan Xocalı soyqırımı, həm də Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin şanlı bir səhifəsi olduğu vurğulanıb.
Tədbirdə çıxış edən Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Elnur Abdullayev vurğulayıb ki, bu, bəşər tarixində az-az təsadüf olunan dəhşətli cinayətlərdən biridir və Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüzünün kulminasiya nöqtəsi idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə aylarla blokada şəraitində yaşayan Xocalı şəhəri erməni faşistləri və onların havadarları tərəfindən yerlə-yeksan edildi. Dinc əhaliyə amansızlıqla divan tutuldu.
Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-sı qadın olmaqla - 613 nəfər Xocalı sakini qətlə yetirildiyini, 8 ailənin tamamilə məhv edildiyini, yüzlərlə Xocalı sakininin xəsarət aldığını və itkin düşdüyünü qeyd edən E.Abdullayev Xocalı faciəsinin özünün əsl hüquqi-siyasi qiymətini yalnız ümummilli lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra aldığını və Soyqırım haqqında həqiqətlərin dünya dövlətlərinə və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində məqsədyönlü və davamlı addımlar atıldığını bildirib.
Tədbirdə Azərbaycanın haqq səsinin eşidiləcəyinə, ermənilərin mənfur əməllərinin beynəlxalq səviyyədə qınaq obyektinə çevriləcəyinə, Xocalı qətliamının təqsirkarlarının haqlı cəzalarına çatacağına, Azərbaycan xalqının işğal altındakı bütün torpaqlarını yağı düşməndən tezliklə azad edəcəyinə, əzəli torpaqlarımızdan didərgin düşmüş həmvətənlərimizin öz ata-baba yurdlarına qayıdacaqlarına və ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına əminlik ifadə olunub.
Xəbəri paylaş
5788 dəfə oxunub.
Digər xəbərlər

21-10-2015, 20:07
Elmar Məmmədyarov Paskal Mönyeyə uğurlar arzuladı
18-11-2019, 14:43
Abşeronda evdən 53 500 manatlıq oğurluq edildi
19-06-2015, 19:12
Sabiq prezident həbs olunur
19-06-2016, 17:14
İŞİD ABŞ-ı Koreyada vura bilər
8-08-2022, 15:13
Qubadlıda minaya düşən şirkət əməkdaşı ayağını itirdi: Şirkətin saxta işləri İFŞA OLUNDU -VİDEO
28-06-2015, 11:46
ABŞ-da bayraq savaşı
10-02-2018, 12:12
Məhv edilən terrorçuların sayı 1141-ə çatıb
9-12-2016, 17:26
Bir çox dərmanı əvəz edən soğanlı çayın faydası
18-07-2017, 13:05
Həyat üçün təhlükə - Bəzi dondurmaların istehsalı dayandırıldı - SİYAHI