Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Tarix: 24-02-2016 | Saat: 17:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqindən irəli gələn məsələlər Bərdə Rayon İcra Hakimiyyəti başçısının hesabat yığıncağında da ətraflı müzakirə olunmuşdur.
"Xəbəraz.az "xəbər verir ki, Yığıncaqda rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev 2015-ci ildə rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə məruzə etmiş, məruzə ətrafında şəhər bələdiyyəsinin sədri Sadiq Xəlilov, Mrkəzi rayon xəstəxanasının baş həkimi Rəna Mustafayeva, “Qarabağ” cörək zavodunun direktoru Füzuli İsmayılov, rayon Polis şöbəsinin rəisi Hikmət Quliye çıxış etmişlər. Ötən il rayonda 36 hektar ərazini əhatə edən Heydər Əliyev adına park-bulvarının tikintisi davam etdirilmiş, park-bulvarda giriş arkası, 6 fontan, 2 süni göl, çay evi, mini idman meydançası, yay kinoteatrı, inzibati bina, asma körpü, avtomaşın dayanacağı tikilmişdir. Ötən il rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 36 mənzilli yaşayış binasının tikintisi başa çatdırılaraq istifadəyə verilmiş, rayon Təhsil şöbəsinin, 1 saylı Uşaq Musiqi məktəbinin, Əmlak komitəsinin Reyestr xidmətnin rayon şöbəsinin, Toxumçuluq Müfəttişliyinin və Aqrokimya laboratoriyasının inzibati binalarının tiknitisi başa çatdırılmış, “Bərdə” türbəsinin bərpası, Mədəniyyət sarayının, Gənclər Evinin, məcburi köçkünlər üçün 588 ailəlik yeni yaşayış məhəlləsinin, “Avromed” MMC binasının, Qazaxlar, Nazırlı kənd , şəhər 7 saylı tam orta məktəblərin, “ASAN xidmət” Mərkəzinin, Mehdili kəndində müasir Yem zavodunun, tutumu 2000 ton olan soyuducu anbarın, Yol Polis xidmətinin müasir binasının tikintisi davam etdirilmiş, şəhər 2, 5,6 saylı tam orta məktəblərin əsaslı təmirinə başlanmış, Türkmən kənd tam orta məktəbin tikintisi, Mollaisalar-Bayramlı-Mollaəhmədli-Sərkarlar avtomobil yolunun əsaslı təmiri üçün tədbirlər görülmüşdür. Ötən il rayonda 303.1 milyon manatlıq ümumi məhsul, o cümlədən12.2 milyon manat dəyərində sənaye, 139,8 milyon manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilmişdir. İl ərzində sənaye məhsulu istehsalı 9,4 faiz,kənd təsərrüfatı məhsulu istehsalı 8,1 faiz,, nəqliyyat və anbar təsərrüfatı 5,8 faiz, informasiya və rabitə xidmətləri 27,8 faiz, ticarət xidmətləri 17,7 faiz, iaşə xidmətləri 15,6 faiz, pullu xidmətlər 28,7 faiz Bütün mənbələr hesabına ümumi sahəsi 35,1 min kv.metr yaşayış sahəsi tikilib istifadəyə verilmişdir.Rayon büdcəsinin yerli gəlirləri proqnozuna 2014-cü il ərzində 99,9 faiz, xərcləri proqnozuna 97,9 faiz əməl edilmişdir. Bütün zəruri xərclər icra edilmişdir. Həyata keçirilmiş kompleks tədbirlər nəticəsində il ərzində 4321 yeni iş yerləri açılmışdır ki, bunun da 1981-i daimi iş yerləridir. Yeni açılmış iş yerlərinin 10-u yeni yardılmış müəssisə və təşkilatlarda, 1971-i fiziki şəxslərdə, 2340-ı digər layihələrin həyata keçirilməsində yaradılmışdır. Dövlət Proqramları qəbul olunandan indiyədək 25574 yeni iş yerləri açılmışdır ki, bunun da 12773-ü daimi iş yerləridir.Hesabat yığıncağında Millət vəkilləri Gövhər Baxşalıyeva, Zahid oruc, Prezident Administrasiyasının məsul işçisi Əflatun Rufiyev çıxış etmişlər. Yığıncaq müzakirə edilən məsələ ilə əlaqədar müvafiq qərar qəbul etmişdir.Sonda yiğincaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul etmişlər.
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi
Bərdə Rayon İcra Hakimiyyəti başçısı Vidadi İsayev rayonda görülmüş işlər və qarşıda duran vəzifələr barədə yığıncaq keçirdi


Xəbəri paylaş

3 1218 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___