Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Bəşər Əsəd Rusiya lideri Vladimir Putin ilə telefonda nə haqqda danışdı
Tarix: 24-02-2016 | Saat: 16:21
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Bəşər Əsəd Rusiya lideri Vladimir Putin ilə telefonda nə haqqda danışdı
Prezidentlər güzəştsiz mübarizənin əhəmiyyətini vurğulayıblar.

Bəşər Əsəd Rusiya lideri Vladimir Putin ilə telefon danışığında Moskva və Vaşinqton arasında Suriyada fevralın 27-dən atəşin dayandırılmasına dair razılaşmanı qiymətləndirib.

“Əsəd adıçəkilən bəyanatda təklifi siyasi tənzimlənmə istiqamətində atılan mühüm addım kimi qiymətləndirib. Suriya hökumətinin atəşkəsin tətbiq edilməsinə vasitəçiliyə hazır olmasını təsdiqləyib”, - açıqlamada deyilir.

Bundan başqa, hər iki ölkənin prezidenti “güzəştlərsiz mübarizə təklifinin əhəmiyyətini vuğulayıblar”, - press-relizdə qeyd edilir.

Kremlin rəsmi nümayəndəsi Dmitri Peskovun bu gün brifinqdə, Rusiya və ABŞ-ın bəyanatının qəbul edilməsinin cari mərhələdə - Suriyada qan tökülməsinin dayandırılması demək olduğunu bildirib.

“Bir daha xatırladıram ki, öz müraciətində prezident deyib ki, Rusiya Dəməşq, Suriyanın qanuni hakimiyyəti ilə sıx əməkdaşlığı nəzərdə tutur, amma amerikalı tərəfdaşlarımızın bu yolun onların öhdəsinə düşən hissəsini qət edəcəklərinə və dəstəklədikləri qruplaşmalara qarşı nüfuzlarını istifadə edəcəklərinə ümid edir”, - TASS onun sözlərindən sitat gətirib.

Bununla yanaşı o, baş verənlərə Rusiya və Suriyanın çox şeydə baxışları üst-üstə, amma tamamən eyni olmadığın bildirib.

Rusiya dövlətinin mətbuat katibinin sözlərinə görə, indi Moskva və Vaşinqton arasında fəal diplomatik əlaqələr qurulur. Peskov, belə qarşılıqlı fəaliyyət ölkələr arasında qarşılıqlı anlayaşın əldə edilməsinə müsbət təsir etdiyini vurğulayıb.


Xəbəri paylaş

5888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___