Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırladı
Tarix: 24-02-2016 | Saat: 15:51
Bölmə:M / Karusel / Gündəm / Gənclərimiz | çapa göndər

Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırladı
Məlumata görə, yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımını gənclər Xocalının adından fərqli formada təqdim edilib.

"Mən Xocalıyam" adlı həmin layihə Javad Salmanli’s photoblog, Grow Center və Xocalı Soyqırımı / Khojaly Genocide səhifələrinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 24-cü anım ili üçün hazırlanıb. Bu barədə layihənin rəhbəri Cavad Salmanlı məlumat verib.

Onun sözlərinə görə, bu layihə Xocalının harayını, onun ağrısını və ona qarşı edilən zülmləri özündə əks etdirərək gənclərin dilindən çıxış edir.

Video-çarxın ssenarisi, eyni zamanda digər yaradıcı hissəsi layihə rəhbərinə, çəkiliş isə Xəzər Həmzəyeva məxsusdur.

Qeyd edək ki, oxşar video-çarx ötən il də layihə rəhbəri tərəfindən hazırlanmışdır və izləyicilərin böyük marağına səbəb olmuşdur.
İnformasiya Dəstəyi "Xəbəraz.az " saytına məxsusdur


Ötən ilki video-çarx:



Xəbəri paylaş

8038 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___