Rusiya ordusunun döyüş hazırlığı – Türkiyəyə qarşı yönəlib
Tarix: 23-02-2016 | Saat: 16:37
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Rusiya ordusunun komandanlığı cənubdakı qoşunlarının döyüş hazırlığını yoxlayıb.
“Obozrevatel” saytı xəbər verir ki, təlimlər tanınmamış Abxaziya, Cənubi Osetiya, o cümlədən Çeçenistan, Dağıstan, Ermənistanın Türkiyə ilə sərhədində, Krım yarımadası və Xəzər dənizində baş tutub.
Qoşunlar təlimlər zamanı dağlarda döyüşə də hazırlaşdırılıb. Eyni dövr ərzində Ermənistandakı Rusiya bazası 4 Miq-29 təyyarəsi ilə gücləndirilib. Abxaziyada isə S-300-lərin iştirakı ilə təlimlər keçilib. Təkcə Xəzər donanmasında baş tutan təlimdə mindən çox hərbçi iştirak edib.
Çeçenistandakı helikopter alayı isə zirehli texnikanın Gürcüstan və Ukrayna ilə sərhəddəki aerodromlara köçürülməsini həyata keçirib.
Təlimlər zamanı Kreml nüvə qüvvələrini də sınaqdan çıxarıb. Sibirdəki raket diviziyaları “Topol-M” ballistik raketini şərti sınaqdan keçirib.
Ukraynanın “Defans Ekspres” konsaltinq şirkətinin hərbi eksperti Sergey Zqurtsa Pskov vilayətindən Ermənistana qədər baş tutan təlimləri şərh edib:
“Ukrayna sərhədində və Krım yarımadasında baş tutan təlimlər Türkiyəyə qarşı yönəlib. Təlimlərin başa çatmasından sonra qoşunlar bu regionda mümkün fəaliyyətlərə qarşı tam döyüş hazırlığına gətiriləcək”.
Xəbəri paylaş
5548 dəfə oxunub.
Digər xəbərlər

8-04-2016, 14:39
"Goldman Sachs" da Rusiya iqtisadiyyatı üzrə proqnozunu azaldıb
12-01-2023, 11:20
Sürücü avtobusda qaz balonundan istifadə etdi - Xəttən kənarlaşdırıldı
4-01-2016, 22:19
Edam edilən şeyxlə bağlı şok sənəd yayıldı
3-08-2015, 12:25
Dəhşət: Təyyarənin mühərriki insanı belə uddu - VİDEO
15-04-2015, 20:48
Goranboyda 22 yaşlı gənc minaya düşdü - VİDEO
6-12-2015, 14:48
-Xəzəryanı ölkələrə müraciət olunub
6-03-2018, 14:27
Bu borclar tam məbləğdə silinəcək!
31-03-2019, 21:49
Məşhur model həbs olundu: dələduzluğa GÖRƏ...
1-07-2015, 16:12
Ərdoğandan bəyanat (VİDEO)