Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Suriya üçün mühüm addım, şərtlər açıqlandı — OBAMA İLƏ PUTİN GÖRÜŞÜR
Tarix: 22-02-2016 | Saat: 13:29
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Suriya üçün mühüm addım, şərtlər açıqlandı — OBAMA İLƏ PUTİN GÖRÜŞÜR


Suriyada atəşkəsin əldə edilməsi üçün hərə bir şərt irəli sürsə də son söz Obama-Putin görüşməsindən sonra deyiləcək

Suriyanın gələcəyi üçün ən mühim günlərə qədəm qoyulub. Tərəflər atəşkəsə hazır olduqlarını desələr də hərəsi ayrı-ayrı şərtlər irəli sürüblər. Azad Suriya Ordusu (müxaliflər) Rusiya və İranın hücumlarının dayanmasını tələb edərkən, Suriya prezidenti Bəşər Əsad isı başda Türkiyə olmaqla xarici ölkələrin müxaliflərə dəstəyini dayandırmasını istəyir. ABŞ xarici işlər naziri Kerri və Rusiyalı həmkarı Lavrov Suriyada atəşkəs üçün şərtli razılığın əldə edildiyini, lakin son qərarın Obama ilə Putinin görüşməsindən sonra veriləcəyini açıqlayıblar.


"Xəbəraz.az " xəbər verir ki, Suriyada atəşkəsin əldə edilməsi üçün BMT-nin təşkilatçılığı ilə 1 fevraldan başlayan Cenevrə görüşmələri və 12 fevralda Münihdə Suriyadakı münaqişənin aradan qaldırılması üçün tərəf ölkələrin əldə etdikləri ilkin razılaşmadan sonra Şam rejimindən və müxaliflərdən də bu barədə qarşılıqlı açıqlamalar verilib.
Suriya üçün mühüm addım, şərtlər açıqlandı — OBAMA İLƏ PUTİN GÖRÜŞÜR
MÜXALİFLƏR ŞƏRTLƏRİNİ AÇIQLAYIB

Suriyalı müxaliflərin əsas təmsilçisi olan Yüksək Müzakirə Komitəsi atəşkəs üçün Rusiya, İran və Əsad rejiminə tabe milislərin hücumlarının dayandırılmasını istəyib. Suriyanın keçmiş baş naziri və Yüksək Müzakirə Komitəsinin koordinatoru Riyad Hicabın digər müxalif qruplaşmalarla görüşməsinin ardından verilən açıqlamada Suriyadakı müxalif qruplar üçün təhlükəsizlik təminatının verilməsi, Rusiyanın, İranın, məzhəbçi və pullu milislərin hücumlarının dayandırması şərti ilə tərəflər arasında əldə olunacaq atəşkəsə riayət etməyi qəbul edə biləcəklərini qeyd edib. Müxaliflər bütün tərəflərin silahlı hücumları eyni anda dayandırmasını, fərqli regionlara tətbiq edilən blokadanın ləğvini, qadın və uşaqlar başda olmaqla həbs edilənlərin sərbəst buraxılmasını ilkin atəşkəs şərtləri olaraq bildiriblər.


Suriya üçün mühüm addım, şərtlər açıqlandı — OBAMA İLƏ PUTİN GÖRÜŞÜR
ƏSADDAN TÜRKİYƏ ŞƏRTİ

Suriye prezidenti Bəşər Əsad isə öən gün İspaniyanın "El Pais" qəzetinə verdiyi reportajda atəşkəsə hazır olduğunu bildirib. Əsad hərbi əməliyyatları dayandırmağa hazır olduqlarını, lakin bunun üçün də Türkiyə tərəfindən müxaliflərə verilən dəstəyin dayandırılmasını tələb edib.


Suriya üçün mühüm addım, şərtlər açıqlandı — OBAMA İLƏ PUTİN GÖRÜŞÜR
ABŞ-RUSİYA GÖRÜŞMƏSİ

Atəşkəs mövsuzunda mühim açıqlama ABŞ xarici işlər naziri Kerridən gəlib. Kerri, dünən İordaniyanın paytaxtı Əmmanda verdiyi açıqlamada rus həmkarı Segqey Lavrov ilə telefonda danışdığını və Suriyada münaqişənin dayandırılması üçün şərtli razılaşma əldə etdiklərini, önümüzdəki günlərdə isə bunun həyata keçiriləcəyini qeyd edib.

"Atəşkəsə bu gün daha yaxınıq" diyən Kerri bu sözləri də əlavə edib: "Bu mövzuda irəliləyiş əldə edilib, lakin hələlik hər şey həll olmayıb. Qarşıdakı günlərdə prezidentlər Obama və Putinin bu missiyanı tamamlamaq üçün görüşləri nəzərdə tutulur".


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___