Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya ilə İran razılığa gəldi - Suriyadan sonra Yəmənə girəcəklər
Tarix: 22-02-2016 | Saat: 12:10
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Rusiya ilə İran razılığa gəldi - Suriyadan sonra Yəmənə girəcəklər

Rusiya hökuməti Suriyadan sonra indi də ər-Riyad və Tehran arasında qalmaqala səbəb olan Yəmənə girməyə hazırlaşır.

"Xəbəraz.az "xəbər verir ki, İran ali dini lideri Xameneyinin müşaviri Əli Əkbər Vilayəti Rusiyanın da dəstəyi ilə Yəmənə müdaxilə edəcəkləri haqda məlumat yayıb. Bundan sonra iki ölkənin hədəfində Livan da var.

İranın dini lideri Əli Xameneyinin baş müşaviri Əli Əkbər Vilayəti Rusiya ilə əməkdaşlığı davam etdirəcəkləri və Rusiyanın dəstəyi ilə Yəmənə müdaxilə edəcəkləri haqda açıqlama verib.

əl-Ərəbiyə kanalının xəbərinə görə İran radio və televiziyasının nəzdində fəaliyyət göstərən İranlı Jurnalistlər Klubu Agentliyinə açıqlama verən Vilayəti İran və Rusiya arasında bundan əvvəl görülməmiş bir əməkdaşlığın olduğunu bildirib. "Bu əməkdaşlıq yalnız Suriya ilə məhdudla.mayacaq, İraq, Livan və Yəməndə də davam edəcək" deyə bildirən Vilayəti, Rusiyanın Əsədin devrilməməsi üçün etdiyi hava hücumlarını da müdafiə edib.

İran, Rusiya, Suriya və Hizbullah arasında bir ittifaq yaradılmasının mümkün olub-olmadığı haqda verilən suala isə Vilayəti belə cavab verib:

"Əlbəttə, ideal olan budur. İran regional məsələlərdə Rusiya ilə strateji bir əməkdaşlıq həyata keçirir. Belə bir ittifaq yaradılması üçün lazım olan ön şərtlər hazırlanmış vəziyyətdədir."

Rəsmi ər-Riyad rəhbərliyi Tehranı üsyançı husilərə silah, pul və döyüşçü dəstəyi verməkdə ittiham etdiyi halda Yəmən prezidenti Abdurabbu Mənsur Hadi də İranın ölkəsinin daxili işlərinə müdaxiləsinin yeni bir şey olmadığını bildirib.


Xəbəri paylaş

5738 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___