Rusiya Ermənistanda çoxsaylı qırıcılar və vertolyotlar cəmləşdirir
Tarix: 21-02-2016 | Saat: 21:41
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Rusiya Ermənistandakı Erebuni aviabazasına yeni nəsil qırıcılar və hərbi-nəqliyyat vertolyotları göndərib
"Xəbəraz.az " “İnterfaks”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bunu Ermənistandakı hərbi bazaların gücləndirilməsi çərçivəsində həyata keçirdiyini bildirir.
Cənub Hərbi Dairəsinin mətbuat xidməti bildirib ki, Ermənistandakı aviabazaya yeni nəsil MiQ-29 və MiQ-29S qırıcıları, habelə Mi-8MT nəqliyyat vertolyotları göndərilib. Planlaşdırılır ki, Erebuni aviabazasındakı kontingent bundan sonra da yeni nəsil vertolyotlar və təyyarələrlə gücləndiriləcək.
Ötən ilin dekabrında da Rusiya Ermənistandakı aviabazaya Su-30 qırıcıları və müxtəlif təyinatlı hərbi vertolyotlar yerləşdirmişdi. Bu, Rusiyanın Türkiyə ilə münasibətlərinin kəskinləşməsi fonunda baş verir. Ötən ilin sonlarında Rusiya qaynaqları xəbər vermişdi ki, prezident Vladimir Putin Cənub Hərbi Dairəsinin komandanlığına Ermənistanın Türkiyə ilə sərhədləri boyu ən yeni reaktiv sistemlər və radioelektron kəşfiyyat vasitələri, canlı qüvvə və zirehli texnikanın yerləşdirilməsini təmin etmək barədə əmr verib.
Rusiya hərbi ekspertləri qeyd edirlər ki, Kreml “Türkiyə və Azərbaycanın aqressiv davranışları nəticəsində Ermənistanın təhlükədə olduğunu” hesab edir. Xatırladaq ki, bundan əvvəl Rusiyanın Ermənistana “Smerç” reaktiv yaylım atəşi sistemləri, TOS-1A ağır odsaçanları, tanklar və digər silahlar verəcəyi açıqlanıb.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

17-02-2022, 14:36
Azərbaycanda DƏHŞƏT: Dəmir yolundan keçmək istəyən piyadanı qatar vurdu
21-05-2019, 10:02
Bürclərin heç vaxt UNUDULMAYAN TƏRƏFLƏRİ
1-12-2019, 12:51
Cəbhədə bu gecə də silahlar susmadı...
15-06-2017, 23:21
Ramazanın 21-ci günü: dua, imsak və iftar vaxtı
28-05-2018, 11:25
Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib (FOTO)
29-05-2022, 11:14
Bu avtomobillərin kredit şərtləri sadələşdirilə bilər - VİDEO
1-06-2021, 11:24
İranla sərhəddə əməliyyat: Saxlanılan var - FOTO
20-06-2015, 13:30
Sabah bu yollar bağlı olacaq (SİYAHI, VİDEO)
23-10-2018, 15:40
Azərbaycanda gənclər kanalı yaradılacaq
16-06-2021, 12:36
Şuşada bizə torpaq yedirirdilər, deyirdilər ki, Şuşa bizim torpağımızdır - Keçmiş əsir