Rita Sarkisyan Tiflisdə Mehriban Əliyevadan nə danışıb?
Tarix: 21-02-2016 | Saat: 21:33
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Sandra Rulofsun sözlərinə görə, Rita Sarkisyan o qədər təəccüblənib ki, həmin gün şam yeməyində də Mehriban Əliyevadan danışıb
Ermənistan prezidenti Serj Sarkisyanın həyat yoldaşı Rita Sarkisyan Gürcüstanın keçmiş prezidenti Sandra Rulofsun ofisində Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fotolarını görəndə təəccüblənib.
Musavat.com xəbər verir ki, bunu Sandra Rulofs “Rustavi-2” telekanalındakı “Vanos şou” proqramında bildirib.
“Mən ona (Rita Sarkisyana) öz ofisimi göstərdim. Sonra biz divardakı fotolara baxdıq və orada Azərbaycanın birinci xanımının beş fotosu var idi. O, öz sələfi Bellanın da (Bella Koçaryan) bir fotosunu gördü. Amma özünün fotosu yox idi”.
Sandra Rulofs xatırlayır ki, Rita Sarkisyan Mehriban Əliyevanın fotolarını təəccüblə qarşılayıb. Saakaşvilinin xanımı ona izah edib ki, Mixail Saakaşvili və onun Azərbaycan prezidenti və xanımı ilə yaxın münasibətləri olub. Onlar tez-tez görüşüblər və birgə fotoları da çoxdur.
Sandra Rulofsun sözlərinə görə, Rita Sarkisyan o qədər təəccüblənib ki, həmin gün şam yeməyində də Mehriban Əliyevadan danışıb, Gürcüstanın birinci xanımının ofisində Mehriban Əliyevanın fotolarını gördüyünü şam yeməyində iştirak edənlərə deyib.
Xəbəri paylaş
2 9468 dəfə oxunub.
Digər xəbərlər

10-10-2021, 11:44
"Müğənni siqaret çəkib, içki içməməlidir" - Brilliant Dadaşova
7-01-2023, 12:41
Vüsalə Əlizadənin verilişindəki səhv gündəm oldu - VİDEO
5-04-2017, 17:41
Qardaşı qızını qaçırdığı deyilən Həsəndən - Şok ittihamlar
9-05-2016, 15:21
Şuşanın işğal səbəbləri - Video
12-10-2015, 21:46
Mehdiabad və Novxanı kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq
26-08-2016, 10:31
MÜĞƏNNİ NAİLƏ DƏNİZ: “ÖLKƏDƏN ÇIXIB GETMƏK İSTƏYİRƏM” – FOTO
9-04-2017, 17:45
Bakıda 23 yaşlı motosikletçi faciəvi şəkildə öldü
30-01-2021, 02:41
Abşeronda 40 yaşlı kişi qətlə YETİRİLDİ
4-09-2016, 12:21
Qadınların ən çox sevdiyi tatular (FOTO)