Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rublun möhkəmlənməsi təcrübəsi nə deyir?
Tarix: 12-04-2015 | Saat: 18:23
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Rublun möhkəmlənməsi təcrübəsi nə deyir?
Düşünməyə dəyər...

Manatın ucuzlaşması prosesinin devalvasiya olmadığı Rusiyada son günlər rublun bahalaşması fonunda bir daha əyani təsdiqini tapır. Ümumiyyətlə, şimal qonşumuzdakı iqtisadi proseslər Azərbaycan üçün bir sıra nəticələr çıxartmaq baxımından bizcə, çox əhəmiyyətlidir.

Düz 1 il əvvəl rubl ABŞ dollarına nəzərən 35 bəndə bərabər olsa da real olaraq, 1 dollar 51 rubl təşkil edir. Əsas, bu deyil. Məsələ ondadır ki, son 1 ilin ərzində o, hətta 70 rubla qədər ucuzlaşmışdı.

Yəni, keçən il payızda 1 dollar 70 rubll səviyyəsinədək qalxmışdı.

Son vaxtlar isə təkrar edirik ki, möhkəmlənir. Belə ki, hakimiyyət büdcəni formalaşdırarkən neftin 1 barelinin rubla görə qiymətini ən kritik nöqtə olaraq 2850-2900 nəzərə alırdısa son məzənnəyə əsasən “qara qızıl”ın rus pulu ilə dəyəri 2952 təşkil etməklə, hətta buna doğru yaxınlaşmışdır.

Sözümüz bunda deyil.

Rublun məzənnəsinin artması Rusiya iqtisadiyyatında keçən ildən bəri neftin qiymətinin düşməsi və eləcə də iqtisadi sanksiyalardan dolayı yaranmış xaosun sanki, səngidiyi göstəricisi sayıla bilər.

Bu, olduqca müsbət hadisədir. Söhbət, şübhəsiz ki, Rusiyadan gedir.

Belə ki, böhranlı vəziyyətə adaptasiya prosesinin qısa zaman kəsiyində baş verməsi hər bir ölkə üçün ümumiyyətlə, vacib sayılır. Bu, tənəzzülün qarşısının alınması və müqavimət gücünün əldə olunması üçün fürsətin əldə edilməsi imkanın yarandığı deməkdir.

Rusiyada hazırda müşahidə olunan bu tendensiya bizim üçün də əhəmiyyətlidir. İlk növbədə o baxımdan ki, şimal qonşumuzun iqtisadi çöküşü ölkəmizə yaxşı heç nə vəd etmirdi.
Lakin burada bəzi digər cəhətlər də vardır. Əvvəla, rublun möhkəmlənməsi hələki kövrək xarakter daşıyır ki, vəziyyət dəyişə də bilər. İkincisi, bayaq qeyd etdiyimiz kimi Rusiya iqtisadiyyatında xaos yaransa da bizdə, belə bir tendensiya müşahidə edilməyib və gözlənilmir.

Düzdür, bəziləri neftin qiymətinin dövlət büdcəmizdə nəzərdə tutulduğundan (90 dollar) xeyli aşağı olmasını əsas gətirərək manatın dəyərinin yaxında yenidən ucuzlaşdırılacağını iddia edirlər ki, bizim hələ guya, buna doğru getdiyimiz söylənilir.

Çünki Rusiyada rubl 50 faizədək ucuzlaşdıqdan sonra qalxmağa başlayıbsa, bizdə manat əsil dəyərsizləşmə mərhələsini hələ daxil olmayıb. Yəni, buraxılmayıb. Mərkəzi Bank (AMB) tərəfindən dollara nəzərən 34 faizlik korrektə ilkin addım idi. Bunun ardının olub-olmayacağı isə hələ bəlli deyil.

Ümumiyyətlə, qlobal iqtisadi böhranın fəsadları və dalğası, başqa sözlə desək, neftin qiymətinin ucuzlaşması bizi sərt şəkildə demək olar ki, bu ildən vurmağa başlamışdır.
Yəni, belə çıxır ki, ölkəmiz üçün adaptasiya prosesi hələ qarşıdadır...

Odur ki, rublun möhkəmlənməsi ilə manat arasında real olaraq əlaqə axtarmaq – müşahidə aparmaq və müvafiq nəticələr çıxartmaq əslində, düzgün deyil.
Bununla belə, düşünməyə dəyər...

Əvvəla, aşkar şəkildə göründü ki, rus iqtisadiyyatı bazar mexanizmi əsasında daha fəal və sıx şəklində fəaliyyət göstərir və çalışır. İkincisi, Rusiyada iqtisadi qanunlar daha açıq və çılpaq şəklində sözünü deyir. Üçüncüsü, rus rublu daha çevik, dönərli və möhkəm valyuta olaraq özünü göstərməkdədir.

Ümumiyyətlə, Rusiyada çox mükəmməl və dəqiq pul-kredit mexanizmi işləyir desək heç də yanılmarıq, o baxımdan ki, məsələn, adı çəkilən ölkədə mərkəzi maliyyə qurumu bir ara, daha dəqiq göstərsək, məhz ötən il noyabrın 10-da yaranmış vəziyyətdə “çulunu sudan” çığartmaq məqsədilə rublun dəyərini sərbəst buraxdığını – üzən məzənnə siyasətinə keçdiyini bəyan etsə də, cəmi 1 ay sonra - dekabrın 1-dən bazara yenidən intervensiya etdi.

Bu il də həmçinin... Bu əslində, sözügedən məqamda milli valyutanın dəyərini sərbəst buraxmağın mümkün olmadığını göstərsə də, hər halda rublun ABŞ dolları ilə sərbəst mübarizə aparmaq qabiliyyətində olduğunu da büruzə verdi.

Bu baxımdan da və ən əsası, Rusiya təcrübəsi göstərdi ki, ölkənin milli pul vahidinin arxasında yalnız hasilat deyil, istehsal sənayesi də durmasa, dəxli yoxdur ki, az və ya çox - rəqabətqabiliyyətli və yaxud qeyri-rəqabət qabiliyyətli, hətta neft baha olduğu təqdirdə də belə, həmin pulun dəyəri dövlət tərəfindən saxlanılmalı və nəzarət olunmalıdır.

Azərbaycanda olduğu kimi... Belə ki, ölkəmizdə məsələn, yanacaq məhsulları daxil olmaqla bir sıra məhsulların qiymətlərinə bəlli olduğu kimi Tarif Şurası nəzarət etdiyi kimi, manatın da dəyərinə faktiki olaraq, AMB baxır.

Belə şəraitdə isə dəqiq və konkret proqnoz vermək heç bir halda mümkün deyil.

Lakin istənilən halda Rusiyada rublun möhkəmlənməkdə olması və bunun davam etməsi Azərbaycan üçün əlverişlidir. Ən azı bu, ixraçcılarımız üçün yeni perespektiv vəd edir.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, rublun son günlər dollara görə nisbətən möhkəmlənməkdə olmasında əhalinin də rol oynadığı bildirilir. Belə ki, 4-5 ay öncə dollar bahalaşarkən ölkə vətəndaşları bizdə fevraldan bəri müşahidə olunduğu kimi necə panika göstərərək əllərində və ovuclarında olan milli pulları valyuta dəyişmə məntəqələrinə gələrək dollara dəyişirdilərsə, indi də əksinə, ruslar eyni dərəcədə ABŞ dollarından və avrodan qurtulmaq istəyi nümayiş etdirir və buna çalışırlar.

Bu özü də rublu bir tərəfdən dəyərə mindirir. Bəlkə heç olmasa əhalimiz də varsa, məhz bundan nəticə çıxarda... Olmazmı ?(oxu.az)


Xəbəri paylaş

1 1638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___