Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Sizi Qarabağa kim göndəribsə, gedin ondan iş tələb edin!" — Baş mühəndisdən veteran və şəhid ailələrinə təhqir
Tarix: 20-02-2016 | Saat: 20:56
Bölmə:M / Karusel / Hadisə | çapa göndər

"Sizi Qarabağa kim göndəribsə, gedin ondan iş tələb edin!" —  Baş mühəndisdən veteran və şəhid ailələrinə təhqir
"Sizi Qarabağa kim göndəribsə, gedin ondan iş tələb edin!" — Baş mühəndisdən veteran və şəhid ailələrinə təhqir

Mingəçevirdə məmur özbaşınalığı davam edir.

Azərbaycan İstilik Elektrik Stansiyasının rəhbərliyi hətta şəhər icra hakimiyyətinin yazılı göstərişinə də məhəl qoymur.

Ölkə.Az-da "Qarabağ əlilini səbəbsiz yerə işdən qovdular — Mingəçevirdə özbaşınalıq" başlıqlı yazıdan sonra Azərbaycan İstilik Elektrik Stansiyasının baş mühəndis Təhmasib Hüseynov Qarabağ veteranı, Mingəçevir Qarabağ veteranları cəmiyyətinin sədri Həsənov Natiqi idarəyə çağırıb. Təhmasib Hüseynovla Natiq Həsənovun görüşü zamanı baş mühəndis Qarabağ veteranları və şəhid aiələlərini təhqir edib.

Görüşlə bağlı Natiq Həsənov Ölkə.Az-a açıqlama verib:

""Təhmasib Hüseynovla görüş zamanı ona bildirdim ki, Qarabağ veteranlarının və şəhid ailələrinin dövlət tərəfindən verilmiş imtiyazları var. Bunun cavabında isə Təhmasib Hüseynov dedi ki, "nə Qarabağ veteranı, nə veteranlar cəmiyytinin sədrini, nə də şəhid-zad tanımıram. Gedin hara istəyirsiniz şikayət edin, siz ixtisar olmusunuz!". Direktor Bəşirov Gülağa da bizi dinləmək istəmədi.

Görüşün sonunda Təhmasib Hüseynov bildirdi ki, "sizi Qarabağda döyüşməyə mən göndərməmişəm, gedin sizi kim döyüşə göndəribsə işinizi ondan alın!". Dövlətin, prezidentin bizə verdiyi imtiyazları yerdəki məmurlar bizə vermir. Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Bəşirov Gülağa baş mühəndis Təhmasib Hüseynov Mingəçevir şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovun müraciətinə də məhəl qoymur. Biz nə edək, dərdimizi hara deyək, bilmirik"".

Qeyd edək ki, Azərbaycan İstilik Elektrik Stansiyasının direktoru Bəşirov Gülağa, və baş mühəndis Təhmasib Hüseynov 150 nəfər işçini işdən azad ediblər. İşdən çıxarılanlar arasında Qarabağ veteranları və şəhid ailələri də var.

Səxavət Məmməd


Xəbəri paylaş

6298 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___