Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
“Tərtərdə dəhşətli yol qəzası - 2 ölü, 4 yaralı + Yenilənib
Tarix: 20-02-2016 | Saat: 20:26
Bölmə:M / Karusel / Hadisə / Reportaj | çapa göndər

“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib
Tərtər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

"Xəbəraz.az " -ın məlumatına görə, hadisə rayonun Sarıcalı kəndi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi "Mercedes" markalı minik avtomobili ilə "VAZ 21099" markalı avtomobilin toqquşması nəticəsində baş verib.

Hadisə zamanı "VAZ 21099" markalı avtomobilin sürcüsü və sərnişini ölüb, iki nəfər isə ağır bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib.

Baş verən yol qəzasında ölən və yaralananların hələlik şəxsiyyəti məlum deyil.

Faktla bağlı araşdırmalara başlanılıb.

***

Hadisə Bərdə-Tərtər yolunun Tərtərin Sarıcalı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

VAZ və “Mercedes” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Onlar VAZ-ın sürücüsü 1983-cü il təvəllüdlü Hüseynov Tehran Həsən oğlu və “Mercedes”də olan sərnişin Rəfiqə Kazımovadır.

Qəza nəticəsində həmçinin Abşeron rayon sakinləri - 1974-cü iç təvəllüdlü Qurbanov Nofəl Səttar oğlu və onun həyat yoldaşı, 1981-ci il təvəllüdlü Qurbanova Mənsurə Kazım qızı, Tərtər rayon sakinləri - 2000-ci il təvəllüdlü Baxşalıyev Elşən Qardaşxan oğlu və 1970-ci il təvəllüdlü Kazımov İsa Sabir oğlu xəsarət alıblar. Onlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib
“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib
“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib
“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib
“Tərtərdə dəhşətli yol qəzası -  2 ölü, 4 yaralı + Yenilənib


Xəbəri paylaş

1 5668 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___