Aleksandr Sıtin: “Azərbaycan Rusiya ilə Türkiyə arasında seçim etməlidir“
Tarix: 18-02-2016 | Saat: 17:47
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Rusiyanın Şimali və Şərqi Avropa ölkələri Siyasi Tədqiqat Mərkəzinin rəhbəri, tarix elmləri doktoru Aleksandr Sıtin haqqın.az saytına eksklüziv müsahibəsində bildirib ki, Suriyadakı böhranın nə qədər davam edəcəyini qabaqcadan söyləmək çətindir
Onun fikrincə, əsl qarşıdurmanın başladığını da demək olmaz.
Sıtin deyib ki, Rusiyanın Suriyadakı əsas məqsədi Kremlin legitim hesab etdiyi Əsəd rejiminin qorunub saxlanması, Rusiya şirkətlərinin bu ölkədəki maraqlarının qorunması və hərbi bazaların mövqelərini itirməməkdir. Son nəticədə, Rusiya Suriyanı özünün geosiyasi nüfuz dairəsinə daxil edilməsini istəyir, Sıtin belə deyir.
Rusiya ilə Türkiyə arasında birbaşa hərbi toqquşma ehtimalını qiymətləndirən müsahib haqqın.az-a bildirib ki, bu ehtimal getdikcə daha çox mümkünə çevrilməkdədir. “Türkiyə hazırda hibrid hərbi əməliyyatlar yolu ilə gedir. Bu, Donbasdakı əməliyyatlara bənzəyir. Sanki müharibə həm var. Həm də o yoxdur”, - Sıtin belə deyir və sözlərinə davam edir: “Rusiyaya qarşı müharibənin reallığa çevrilməsi üçün Türkiyə NATO-nun buna razılığını almalıdır. NATO isə vuruşmaq istəmir və yalnız o zaman işə qarışacaq ki, Rusiya rəsmi şəkildə təcavüz etsin. Hələlik belə ssenari az inandırıcıdır”.
Türkiyənin müttəfiqi və Rusiyanın strateji partnyoru olan Azərbaycanın belə bir vəziyyətdə durumunun necə olacağı sualına isə rusiyalı ekspert belə cavab verib: “Anlamaq lazımdır ki. Rusiya hər yerdə dondurulmuş münaqişə ocaqları saxlayır. Qarabağ da belələrindəndir. Düşünürəm ki, yaxın vaxtlarda Qarabağ münaqişəsinin kəskinləşməsini gözləmək olar. Hər halda, belə bir ssenariyə hazır olmağı məsləhət görərdim. Burada çox şey Bakının mövqeyindən asılı olacaq. Fikirləşirəm ki, yaxın gələcəkdə Azərbaycan Putinlə Ərdoğan arasında strateji seçim etməli olacaq. Hazırkı zamanda hər iki tərəflə dost münasibətləri qoruyub saxlamaq çətin ki mümkün olsun. Xüsusilə də o halda ki, Ermənistan özünü Cənubi Qafqazda Kremlin müttəfiqi və maraqlarının keşikçisi kimi göstərir”.
Xəbəri paylaş
5778 dəfə oxunub.
Digər xəbərlər

27-04-2016, 13:18
Bakının mərkəzində törədilmiş müəmmalı qətlin üstü açıldı - Tutulanlar var - YENİLƏNİB
28-02-2017, 12:43
Mart ayının hava proqnozu açıqlandı
18-01-2023, 15:09
Lənkərandan sanki tanklar keçib...Yerli rəhbərlik və AAYDA yolları Suriyaya döndərib
1-04-2016, 12:44
Obama Ərdoğanla görüşdü
3-09-2016, 14:33
Şahmat Olimpiadası- 2016: Bütün yığmalarımız qələbə qazandı
12-03-2019, 05:03
BAKU PEARL Tikinti Şirkəti İŞÇİLƏRİ BAZAR GÜNÜ İSTİSMAR EDİR...
21-08-2015, 12:49
(İŞİD) terror qruplaşması Suriyada monastırı buldozerlərin köməyi ilə yerlə yeksan ediblər - FOTO
24-03-2015, 15:48
SOCAR-ın məntəqəsinə silahlı hücüm- 2 yaralı
21-07-2020, 18:10
Nəcməddin Sadıkovun vəzifədən azad edilməsi iddiaları ilə bağlı nazirlikdən AÇIQLAMA
26-09-2022, 12:18
FIRSƏND QURBANOVA MƏSULIYYƏTDƏN YAYINMAQ FÜRSƏTINI KIMLƏR VERIB?