Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Qənirə Paşayeva gəncləri and içməyə çağırdı
Tarix: 18-02-2016 | Saat: 13:35
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Qənirə Paşayeva gəncləri and içməyə çağırdı
Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində məktəblilərlə görüşüb.

Millət vəkili Qaradağlı və Xocalı Soyqırımının 24-cü ildönümü ilə bağlı Qovlar şəhərində məktəblilərlə görüşündə işğal olunmuş torpaqlarda törətdiyi vandalizm aktları, soyqırımlar barədə məlumat verib və bildirib ki, hər bir gənc orta məktəb illərindən Azərbaycan həqiqətlərini, tarixini yaxşı öyrənməlidir.
Dəhşətli soyqırım barədə danışan millət vəkili gənclərə Qarabağ həqiqətlərinin yayılmasında gənclərin üzərinə düşən missiyanı xatırladıb və deyib ki bu cinayəti törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq gənclərin andı olmalıdır: ”Siz işğal altında olan torpaqlarımızı, oradakı tariximizi, mədəni, dini abidələrimizi, böyük şəxsiyyətlərimizi, Qaradağlı, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatları əzbərdən bilməlisiniz sosial mediada daim Azərbaycan həqiqətlərinin yayılmasında aktiv olmalısınız”.
Millət vəkili Q. Paşayeva bütün məktəblərdəki tarix müəllimlərinin daha fəal çalışmalarını məsləhət görüb: “Azərbaycan tarixi fənninin məktəblərdə yüksək səviyyədə tədris olunmasına xüsusi diqqət verməliyik. Tarixini yaxşı bilməyən xalq heç zaman sağlam addımlarla gələcəyə gedə bilməz”.
O, məktəblərdə gənclərin tez-tez tarixlə bağlı müxtəlif mövzular ətrafında tədbirlər təşkil etməsinin, müzakirələr aparmasının önəmini də qeyd edib.
Məktəbin və rayon təhsil şöbəsinin rəhbərliyi də tədbirdə çıxış edərək bu cür görüş və müzakirələrin məktəblilərə böyük stimul olduğunu deyiblər.
Q. Paşayeva görüşdə iştirak edən hər bir məktəbliyə Azərbaycan tarixi ilə bağlı kitablar, tarixi roman hədiyyə edib və onlara tarixçi alimlərlə məktəblilərin görüşünü təşkil edəcəyinə söz verib.
Qənirə Paşayeva gəncləri and içməyə çağırdı
Qənirə Paşayeva gəncləri and içməyə çağırdı


Xəbəri paylaş

6308 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___