Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İlham Əliyevdən yeni təyinat – FOTO
Tarix: 17-02-2016 | Saat: 16:34
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

İlham Əliyevdən yeni təyinat – FOTO
Azərbaycan prezidenti sərəncam imzalayıb.

Dövlət Statistika Komitəsi sədrinin birinci müavini Həmid Bağırov vəzifəsindən azad edilib.


Xəbəraz.az xəbər verir ki, APA-nın məlumatına görə, bununla bağlı Azərbaycan prezidenti müvafiq sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Vahab Məmmədov Dövlət Statistika Komitəsi sədrinin birinci müavini təyin edilib.

V.Məmmədov 1963-cü il avqustun 27-də Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirib. İqtisad elmləri namizədidir. 1987-ci ildə Əli Bayramov adına Bakı İstehsalat Birliyində mühasib, 1987-1992-ci illərdə Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunda iqtisadçı və elmi işçi vəzifəsində işləyib.

1988-1991-ci illərdə aspiranturada təhsilini davam etdirmiş və Moskva şəhərində Mərkəzi Əmək İnstitutunda elmi işini müdafiə edib. 1992-1993-cü illərdə Əmək və Sosial Məsələlər Komitəsində aparıcı iqtisadçı, baş iqtisadçı, 1993-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdirinin müavini, 1994-1997-ci illərdə Əlillərin Sosial Müdafiəsi Fondunda sədrin müavini, 1997-2015-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində idarə rəisinin müavini, idarə rəisi, şöbə müdiri vəzifələrində çalışıb.

Bununla yanaşı, 2000-2001-ci illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzində direktor vəzifəsində işləyib.

2015-ci il oktyabr ayının 19-dan Dövlət Statistika Komitəsinin aparat rəhbəri vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun müşaviridir. Evlidir, iki övladı var.
İlham Əliyevdən yeni təyinat – FOTO


Xəbəri paylaş

6528 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___