Davudoğludan Rusiyaya sərt ifadələr - "Alçaq, xain..."
Tarix: 16-02-2016 | Saat: 20:33
Bölmə:M / Karusel / Dünya | çapa göndər
Suriyada elə bir bölgə yoxdur ki, ora bomba ilə vurulmasın. Rusiya qırıcıları bombaları yükləyir və hara gəldi atırlar.
bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu AKP-nin iclasında deyib.
O, Rusiyanın Suriyada vaxtı bitmiş bombalardan istifadə etdiyini bildirib:
“Suriyada baş verən son hadisələr milli təhlükəsizliyimizi təhdid edir. Suriyada elə bir bölgə yoxdur ki, ora bomba atılmasın. Rusiya qırıcıları ağıllı bombadan istifadə etmirlər. Onlar bombaları yükləyir və hara gəldi atırlar. Əsasən də vaxtı bitmiş bombalardan istifadə edirlər. Rusiya və Bəşər Əsəd PYD-dən istifadə edərək, Suriyada etnik mənsubiyyəti dəyişdirməyə çalışır. 5 il ərzində Suriya xalqı heç bir orduya, silaha sahib olmadan Əsəd rejiminə müqavimət göstərdi. Daha sonra Hizbullah Əsədin köməyinə gəldi, lakin yenə də Hələbi, İdlibi ələ keçirə bilmədilər. Bu yetmədi, İranı çağırdılar. Daha sonra isə bütün regiondakı şiə döyüşçüləri gətirdilər. Lakin yenə də Hələbi tuta bilmədilər. Son mərhələdə isə böyük qardaşlarına üz tutub, Rusiyaya getdilər. “Bu qırğını sən tamamla, sən yaxşı bacarırsan”, - dedilər. 30 sentyabrdan (2015-ci il – red.) bu yana alçaq, xain, barbar qırıcılar hərbçi-mülki fərqi qoymadan insanlara bomba yağdırırlar. İndiyə qədər 8 min hücum gerçəkləşdiriblər. Türkiyə öz sərhədlərini qorumaq, etnik təmizliyin və Suriyada müxaliflərin zəifləməsinin qarşısını almaq üçün lazımı bildiyi tədbirləri görməyə davam edəcək”.
Qeyd edək ki, Rusiya 2015-ci ilin 30 sentyabrından bu yana Suriyada hava əməliyyatları gerçəkləşdirir.
Xəbəri paylaş
5648 dəfə oxunub.
Digər xəbərlər

3-09-2017, 10:48
“Aprel şəhidi”nin ad günüdür
5-12-2015, 20:32
O ses turkiyede görünməmiş ifa VİDEO
29-06-2017, 12:07
Dəfndə iştirak edənə Allahın mükafatı
21-01-2018, 21:11
Lənkəran sakinlərini qorxu içində saxlayan şəxs tutuldu
14-04-2016, 12:42
Rusiya hərbi təyyarələrini müdafiə edir
13-08-2016, 10:07
Azərbaycan yeni ikimərtəbəli qatarlar alacaq
22-03-2015, 12:54
Aygün Kazımova ermənilərə görə müsabiqədən imtina etdi - FOTO
23-11-2015, 00:01
Şəmkirdə ölümlə nəticələnən qəza - İki yaralı
22-07-2017, 10:48
Qısa ətəyi müğənniyə çətin anlar yaşatdı - Foto
25-07-2017, 11:54
Müalicəvi giləmeyvə ZOĞAL. 7 FAYDASI