Kəmaləddin Heydərov fövqəladə görüş keçirdi
Tarix: 16-02-2016 | Saat: 13:22
Bölmə:M / Karusel / Siyasət | çapa göndər
Fövqəladə Hallar Nazirliyində nazir Kəmaləddin Heydərovun başçılığı ilə Bakının bütün tikinti şirkətlərinin rəhbərləri ilə görüş keçirilib.
Virtualaz.org-un nazirlikdən əldə etdiyi məlumata görə, görüş ölkə başçısının tikinti sektorunda canlanma yaradılması, korrupsiya və rüşvət hallarının tam aradan qaldırılması ilə bağlı kəskin xəbərdarlıqlarından sonra reallaşıb.
Nazir bildirib ki, gələcəkdə tikinti şirkətlərinin də iştirakı ilə Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şura yaradılacaq. İş adamlarının problemləri İctimai Şurada müzakirə olunacaq, onların aradan qaldırılması üçün tədbirlər görüləcək.
K.Heydərov onu da vurğulayıb ki, böhrandan sonra tikintiyə investisiya qoymaq sərfəlidir: “Bu həm sahibkarlar üçün, həm də yeni iş yerlərinin açılması üçün səmərəlidir".
K.Heydərov tikinti materialları istehsal edən şirkətlərə tövsiyələr də verib. Bildirib ki, tikinti materialları istehsal edən sahibkarlar bilməlidirlər ki, onların istehsal etdiyi keyfiyyətli inşaat materiallarına üstünlük verilməlidir və onlar məhsulları keyfiyyətlə istehsal etməlidirlər: “Yerli məhsullar o qədər keyfiyyətli olmalıdır ki, xaricdən gələn məhsullara rəqabətdə uduzmasın”.
K. Heydərov yeni Tikinti və Şəhərsalma Məcəlləsi barədə də danışıb. Bildirib ki, məcəllə aparılan hüquqi islahatların tərkib hissəsi kimi hazırlanıb: “Tikinti çox mühüm sahədir, burada çoxlu sayda insan çalışır. Bu gün tikinti sahəsində istifadə olunan materialların əksər hissəsi Azərbaycanda istehsal olunur. Yerli istehsalçılar bilməlidirlər ki, yerli istehsalı qorumaq üçün tədbirlər görüləcək”.
Nazir həmçinin bildirib ki, bundan sonra tikinti sahəsində heç bir maneə olmayacaq.
Xəbəri paylaş
6658 dəfə oxunub.
Digər xəbərlər

21-01-2022, 11:44
“Dedilər ki, Nəriman müəllimin göstərişidir, maaş verilməyəcək” - Qarabağ Qazisi ŞİKAYƏTÇİDİR
17-04-2016, 14:03
Bakıda qəribə olay: ana oğlundan polisə şikayət etdi
28-09-2019, 14:07
Saxta ipoteka sənədi hazırlayan dəstənin üzvləri saxlanıldı
2-07-2021, 01:55
Türkiyədə 50 milyon dozadan çox peyvənd istifadə olunub - Ərdoğan
15-10-2015, 00:59
Qadın bədəninin gözəlliyinə "Gümüş baxış" - fotolar
5-07-2015, 18:42
Azərbaycanın deputat və nazirləri rusiyalı həmkarları ilə futbol matçında üz-üzə (FOTO)
8-08-2017, 12:14
Şokoladın bağırsaqlar üçün İNANILMAZ FAYDASI aşkar olunub
7-07-2016, 05:38
Sinan Akçılın keçmiş və yeni sevgilisi söz davasına çıxdı
2-07-2018, 13:58
Sabahın hava proqnozu: rekord isti...