"Anam üçün çox darıxmışam" - Kəlbəcər girovu
Tarix: 15-02-2016 | Saat: 22:33
Bölmə:M / Karusel / Gündəm / Qarabağdan xəbər var | çapa göndər
Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Şahbaz Quliyevin göndərdiyi məktub Qırmızı Xaç Komitəsinin nümayəndələri tərəfindən ailəsinə verilib. Bu barədə ANS PRESS-ə girovun bacısı İradə Quliyeva məlumat verib.
Onun sözlərinə görə, Şahbaz məktubda vəziyyətinin yaxşı olduğunu yazıb: "Məktubda yazıb ki, hər şey yaxşıdır. Məndən narahat olmayın. Heç nə göndərməyin. Anam üçün çox darıxmışam”, - deyə bacısı əlavə edib.
İradə Quliyevanın sözlərinə görə, Qırmızı Xaç Komitəsinin nümayəndələri ona qardaşının şəklini göstəriblər. “Məhkəmədə necə idisə, indi də elə o vəziyyətdədir. Nə arıqlayıb, nə də kökəlib. Mən də Şahbaza öz şəkillərimizi göndərmişəm. 3-4 cümləlik bir məktubdur. Qızı ilə də məktublaşır”, - deyə İradə Quliyeva bildirdi.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən azərbaycanlılara fevralın 3-də baş çəkiblər. Komitə nümayəndələri Şahbaz Quliyev ilə bərabər Dilqəm Əsgərova da məktub gətirmişdilər.
Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənov 2014-cü ilin iyul ayında Kəlbəcərdə ermənilər tərəfindən girov götürülüblər. Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları olan Ş.Quliyev, H.Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Həsən Həsənov - ermənilər tərəfindən girov götürldükdən sonra öldürülən azərbaycanlı

Onlar ermənilər tərəfindən girov götürülüblər. Ermənilər Dilqəm və Şahbazı sağ ələ keçirsələr də Həsən Həsənov qətlə yetirilib.
2014-cü ilin dekabr ayında kəlbəcərli girovlar üzərində qondarma məhkəmə qurulub. Separatçı rejimin qərarı ilə qurulan oyuncaq məhkəmə Dilqəm Əsgərovu ömürlük, Ş.Quliyevi isə 22 il müddətinə azadlıqdan məhrum edib. Hazırda onlar Şuşa həbsxanasında saxlanılırlar.
Xəbəri paylaş
5878 dəfə oxunub.
Digər xəbərlər

11-03-2021, 09:33
Əməkdar artist xəstəliyinə görə 30 kiloqram arıqladı
3-03-2017, 13:05
DİQQƏT: Yemək bişirərkən bu səhvləri etməyin
27-01-2018, 17:36
Goranboydan Tovuza toya gedən mikroavtobus aşdı, 3 nəfər yaralandı
30-08-2018, 11:40
Başımız niyə çox ağrıyır?
29-08-2017, 20:56
Prezident İlham Əliyevdən Qurban bayramı TƏBRİKİ
7-05-2021, 10:56
Arif Quliyevlə vida mərasimi keçirilir - FOTO
16-03-2020, 14:10
Amerikalı müğənni koronavirusa qarşı belə xəbardarlıq etdi
19-01-2016, 20:23
13 yaşlı 20 yanvar şəhidi
10-07-2017, 14:20
"Türkiyə gücləndikcə Azərbaycan da güclənir" - İlham Əliyev