Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dərman qaçaqmalçıları Azərbaycan bazarına can atır - FOTOLAR
Tarix: 15-02-2016 | Saat: 14:48
Bölmə:M / Karusel / Səhiyyə | çapa göndər

Bu gün Dövlət Sərhəd Xidməti Azərbaycana Gürcüstandan qaçaq yolla iri həcmdə dərman vasitələrinin keçirilməsinin qarşının alındığına dair məlumat yayıb. DSX-nin rəsmi saytı bildirir ki, ötən gecə Qazax rayonunun Babakər yüksəkliyi istiqamətində yerləşən sərhəd zasta­vasının xidməti sahəsindən Gürcüstandan Azərbaycana qaçaqmalın keçirilməsi barədə daxil olan məlumat əsasında ehtimal olunan ərazidə axtarış tədbirləri həyata keçirilib.

Tədbirlər nəticəsində saat 03:00 radələrində dövlət sərhəd xəttinin yaxınlığında 35 BH 057 dövlət nömrə nişanlı "Kamaz" markalı nəqliyyat vasitəsinə 5-6 nəfər tərəfindən iri buynuzlu mal-qaranın və müxtəlif ölçülü bağlamaların yüklənməsi aşkar edilib.

Axtarış qrupu tərəfindən yaxalanarkən havanın qaranlıq və dumanlı olma­sın­dan istifadə edən sərhəd pozucuları qaçaqmalı hadisə yerində qoyaraq Gürcüstan istiqamətində geri qaçmağa müvəffəq olublar.

"Kamaz" markalı nəqliyyat vasitəsinin sürücüsü sərhədçilərin havaya xəbərdarlıq atəşinə məhəl qoymayıb, avtomobili yüksək sürətlə hərbi qulluq­çuların üzərinə sürərək onların həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb və hadisə yerindən uzaqlaşmağa çalışıb.

Dərman qaçaqmalçıları Azərbaycan bazarına can atır - FOTOLAR

Sərhədçilər tərəfindən məlumatlandırılan Dövlət Yol Polisi əməkdaşlarının saxlama tələ­binə tabe olmayan nəqliyyat vasitəsinin sürücüsü qurulmuş maneəni vurub keçib, avtomobilin yük yerindəki qaçaqmalı yerə salaraq onu təqib edənlər üçün maneə yaratmaqla qaçmağa cəhd göstərib.

Həyata keçirilən tədbirlər nəticəsində "Kamaz" markalı nəqliyyat vasitəsi Ağstafa rayonunun Poylu kəndi ərazisində saxlanılıb. Avtomobilin sürücü­sünün 1980-ci il təvəllüdlü, Qazax rayonu Daş Salahlı kənd sakini Süley­manov Samir Siyavuş oğlu olduğu müəyyən edilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 6 baş at, 30 baş buzov və 12 bağla­mada 90 adda 44 374 ədəd müxtəlif dərman pereparatlarından ibarət qaçaqmal aşkar edilib. Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Dərman qaçaqmalçıları Azərbaycan bazarına can atır - FOTOLAR

Bu, son bir həftə ərzində Azərbaycana qonşu ölkələrdən iri həcmdə dərman pereparatlarının qaçaq yolla keçirilməsi istiqamətində qeydə alınan ikinci faktdır. Virtualaz.org xəbər verir ki, bundan əvvəl Dağıstanın Azərbaycanla sərhəd Məhərrəmkənd gömrük məntəqəsində “Mercedes” markalı avtombilin yük yerində Azərbaycana qaçaq yolla dərman vasitələrini keçirməyə cəhd edən şəxsi saxlayıblar.

Həmin şəxs Azərbaycan vətəndaşı olub və dərman vasitələrini kommersiya məqsədi ilə gətirirmiş. Onun gətirmək istədiyi dərmanlar arasında “Essensiale Forte”, “Espumizan” kimi pereparatlar olub.

Təkcə bu iki fakta əsasən belə qənaətə gəlmək mümkündür ki, dərman qaçaqmalıçıları Azərbaycanda dərmanların qiymətlərinin Tarif Şurası tərəfindən tənzimlənməsindən və manatın devalvasiyasından sonra yaranmış vəziyyətdən istifadə etmək istəyirlər.

Belə ki, Tarif Şurasının müəyyən etdiyi qiymətləri sərfəli hesab etməyən firmalar bəzi dərman vasitələrinin idxalını dayandırıb. Yaxud bəzi hallarda həmin dərmanların qiyməti manatın devalvasiyasından sonra idxal üçün sərfəli olmayıb.

Nəticədə apteklərdə bəzi dərmanların qıtlığı, yaxud ümumiyyətlə tapılmaması halları müşahidə edilməkdədir. Səhiyyə Nazirliyi isə dərman bazarında qıtlıq yarandığını təsdiq etmir.

Virtualaz.org


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___