Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
XİN-dən “Wanderlust” jurnalına etiraz
Tarix: 15-02-2016 | Saat: 14:24
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

XİN-dən “Wanderlust” jurnalına etiraz

Azərbaycan XİN “Wanderlust” adlı səyahət jurnalının tərtib etdiyi “Dünyanın ən çətin viza alınan 10 ölkəsi” siyahısına Azərbaycanın da adının daxil edilməsi ilə əlaqədar jurnalın redaksiyasına etiraz məktubu göndərib.

Bu barədə APA-ya XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O bildirib ki, “Wanderlust” jurnalının mətbuat azadlığı prinsipinə hörmət edərək Azərbaycanın mövqeyini işıqlandıracağını gözləyirlər: ""Wanderlust” səyahət jurnalının Azərbaycana qarşı bundan əvvəl də qərəzli münasibəti qeydə alınıb. Belə ki, 2014-cü ildə jurnalın əməkdaşı Mark Stratton Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz turizm səfərləri təşkil edən "Regent Holidays" şirkətinin dəstəyi ilə işğal olunmuş ərazilərdə olub. Onun hazırladığı material “Wanderlust” jurnalında dərc edilib. Hələ o zaman bu qanunsuz fəaliyyətə görə jurnala və müvafiq olaraq "Regent Holidays" şirkətinə ciddi narazılığımız ifadə olunub. Mark Strattonun adı "arzuolunmaz şəxslər" siyahına daxil edilib. "Regent Holidays" şirkəti ilə əlaqəli şəkildə “Wanderlust” jurnalında Azərbaycanın işğal olunmuş ərazilərinin “turizm” imkanlarını təşviq edən yazırlar yenə də yer alır".

H. Hacıyevin fikrincə, istisna deyil ki, “Wanderlust” səyahət jurnalı tərəfindən Azərbaycanın adının 10 ən çətin viza verilən ölkələr siyahısına daxil edilməsi bu qərəzli münasibətin növbəti göstəricisidir.


Xəbəri paylaş

5588 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___